525.Az

Donetsk və Luqanskda fövqəladə vəziyyət


 

Donetsk və Luqanskda fövqəladə vəziyyət<b style="color:red"></b>

Ukrayna hökuməti Donetsk və Luqansk vilayətlərində fövqəladə vəziyyət elan edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında bəyan edib.
 
O əlavə edib ki, Ukraynanın digər regionlarında yüksək hazırlıq rejimi tətbiq olunub. “Xahiş edirəm, fövqəladə vəziyyət yaxud da hərbi vəziyyətlə səhv salmayın. Bu cür qərarları parlament qəbul edir”, - deyə o vurğulayıb.
 
A. Yatsenyuk qeyd edib ki, müvafiq tədbirlərin məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün hakimiyyət orqanlarının fəaliyyətinin tam koordinasiyasıdır.

 





26.01.2015    çap et  çap et