525.Az

Azərbaycan mühacirət mətbuatının tanınmış xadimi – Məmməd Sadiq Aran


 

Azərbaycan mühacirət mətbuatının tanınmış xadimi –<b style="color:red"> Məmməd Sadiq Aran</b>

Nəsiman YAQUBLU

Tanınmış mühacir mətbuat xadimi olan Məmməd Sadiq Aran 1895-ci ilin dekabr ayında Zəngəzur qəzasının Sisyan bölgəsində Rud-bazarçay kəndində doğulmuşdur. İlk təhsilini evdə almış, fars ərəb dillərini öyrənmişdir. Elə həmin illərdə Qurani-Kərimi oxuyub mənimsəmişdir. Sonra Naxçıvan gimnaziyasını bitirmiş imtahan verib Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olmuşdur. Türkiyəyə getdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakultəsində təhsil almış, müxtəlif məktəblərdə müəllimlik etmişdir.

Ərəb, fars rus dillərini yaxşı bilən M. S. Aran musiqi ilə məşğul olmuşdur. Bir sözlə  klassik Azərbaycan musiqisini mükəmməl  öyrənmişdir. Yaradıcılığa erkən başlayan M. S. Aran ilk şerləriniAçıq sözFyuzatjurnallarında dərc etdirir. Təqib məhdudiyyətlər qarşısında 1914- ildə İrana qaçır, Marağada ibtidai məktəb yaradır. 1917-ci ildə isə Gorusa gəlir orada da məktəb açır.

M. S. Aran 1917-ci ildən başlayaraq Azərbaycanın milli istiqlalını qazanması uğrunda mücadilə etmişdir. Bolşeviklər Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurmuş İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə getmiş , sonra yenidən Azərbaycana qayıtmışdır.

Sonradan o, “Çekadəstələri tərəfindən Tiflisdə tutulub həbsə alınmışdır. Sonradan fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olan M. S. Aran 1923- ilin sonunda İrana, buradan isə Türkiyəyə mühacirət etmişdir. Əvvəlcə Trabzonda müəllimlik etmiş, sonra da İstanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial iqtisadi sahələrə dəstək vermişdir. İstanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində fəallıq göstərmişdir.

M. S. Aran daha sonra Finlandiyaya getmişdir. Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün bir məktəb açaraq müəllim idarəçi vəzifəsində çalışmışdır. Eyni zamanda türkcə fincəYeni Turanadlı bir qəzet təsis etmişdir. Finlandiyadan  İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən Aran İkinci Dünya müharibəsindən sonra  Millət”, sonra daCümhuriyyətqəzetlərinin müxbiri olaraq İranda işləmişdir.

1941-ci ildə yenidən İstanbula köçən M. S. Aranın 1942-ci ildəİran türkləriadlı kitabı çapdan çıxmışdır. Az sonra müəllifTürkün altun kitabıadlı ikinci əsərini nəşr etdirmişdir. M. S. Aran pedaqoji siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olmuşdur. OnunQara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı məhkum türklərin davasıadlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səslərikimi pyesləri, çoxlu şeirləri vardır. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuşƏrkənəgon yollarıadlı kitabında toplanmışdır.

Türkiyədə çap olunanAzəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu Ergenekan yolukimi dərgilərdə imkanı daxilində çıxış etmişdir. Türk Kültürü  Araşdırma İnstitutunun qurulmasında onun böyük zəhməti olmuşdur.

Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə, İstanbulda vəfat etmişdir.

Məmməd Sadiq Aranın Türkiyə mətbuatında yazıları

Qeyd edək ki, Türkiyədə yayımlanan digər mətbuat orqanlarında da Məmməd Sadiq Aranın məqalələri çap edilib. Bu yazılar sırasında M. S. AranınAzəri Türk Şairləriyazısı daha çox diqqəti çəkir. Bu məqalədə o, Şah İsmayıl Xətai, Şükuhi, Qövsi, Məhəmməd Bakir Xalxali müasir Azəri Türk ədəbiyyatından Hüseyn Cavid, Əhməd Cavad Almas İldırımın şeirlərindən nümunələr verərək təhlil edir.

M. S. AranınUlusqəzetində yazılarına rast gəlmək mümkündür. Bu qəzetdə o, əsasən İranla bağlı yazılarınıİran məktublarıbaşlığı ilə dərc etdirmişdir.

Məmməd Sadiq Aranın bu yazılarıUlusqəzetinin 1938-ci ilin 23 aprel 1941-ci ilin 18 iyun saylarında çap edilib.

OnunAzərbaycanda Qadın Türk ŞairləriyazısıÇağlayanməcmuəsinin 1942-ci ilin 26 aprel sayında nəşr edilib. Bu yazısında o, əsasən Xurşud Banu Xanım Natəvan haqqında oxuculara məlumat verir.

M. S. Aranın 1942-ci ilin 5 martındaBozqurdməcmuəsində çap edilənMəfkurə-Ülküməqaləsi həmin məcmuənin 26 martında nəşr edilənƏrgənəkon bayramıyazısı da əhəmiyyətinə görə maraqlıdır.

1946- ilin 6 dekabrından Türkiyədə nəşrə başlayanŞərq Yoluqəzetində onunMəmməd Sadiq Aran  S. Azərimzaları ilə məqalələrinə, “Sənanimzası ilə şeirlərinə rast gəlinir.

Onun bu qəzetdə Məmməd Sadiq Aran imzası ilə çap edilən yazıları aşağıdakılardır:

1. Millətlərin haqqı məhkum Türklərin davası. “Şərq Yoluqəzeti, il 1, sayı 1, 6 dekabr 1946.

2. Bədbəxt Azərbaycan məsələsi. “Şərq Yoluqəzeti, il 1, sayı 2, 13 dekabr 1946.

3. Qızıl samata. “Şərq Yoluqəzeti, il 1, sayı 3, 21 dekabr 1946.

4. Qızıl vəhşət. “Şərq Yoluqəzeti, sayı 4, 28 dekabr 1946- il.

5. Kommunist həyəcanlarına cavab. “Şərq Yoluqəzeti, il 1, sayı 4, 28 dekabr.

1946- il.

6.  Məhkum Türklərin durumu. “Şərq Yoluqəzeti, sayı 5, 4 yanvar 1947-ci il.

7. Biz istəyirik? “Şərq Yoluqəzeti, sayı 6, 11 yanvar 1947.

8. Məhkum Türklərin iztirabları. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

9. Kamalimizin istismarı. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

10.  Sovet Rusiyasının Türkiyə dostluğu. “Şərq Yoluqəzeti, sayı 9, 1 fevral 1947.

11.  Burjua kommunistlər. “Şərq Yoluqəzeti, sayı 10, 8 fevral 1947.

12.  Vəhşət xəbərləri. “Şərq Yoluqəzeti, sayı 11, 15 fevral 1947.

S. Azərimzası ilə nəşr edilən yazıları

1. 26 il öncə. “Şərq Yoluqəzeti, sayı 6, 11 yanvar 1947.

2. Tarixdən səhnələr: Azərbaycan-İran qovğası. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

3. Dədə Qorqud. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

Sənanimzası ilə nəşr edilən şeirləri

1. Boğazkəsən qalası. “Şərq Yoluqəzeti, il 1, sayı 1, 6 dekabr 1946.

2. Boğazda mehtap. “Şərq Yoluqəzeti, say 2, 1946.

3. Yaxınlaşma, yağı! “Şərq Yoluqəzeti, sayı 3, 1946.

4. Ey əsir ellərdə yaşayan Türklər. “Şərq Yoluqəzeti, sayı 5, 4 yanvar 1947.

5. Bəkləyəcəyəm. “Şərq Yoluqəzeti, sayı 6, 11 yanvar 1947.

6. Ülkü Yolçusu. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

7. Tufan olacaq. “Şərq Yoluqəzeti, sayı 7, 18 yanvar 1947.

8. İntiqam. “Şərq Yoluqəzeti, sayı 10, 8 fevral 1947.

Məmməd Sadiq Aranın nəşr

etdiyiYaşıl Yarpaqjurnalı

Bu jurnal 1928-ci ilin 16 iyununda İstanbulda nəşr edilib. 8 səhifə həcmində yayınlanan bu jurnal uzunmüddətli olmayıb. Jurnalın son sayı 1928-ci ilin sentyabr ayının 1- çıxıb.

Jurnalın baş redaktoru Məmməd Sadıq Aran olub. Sonrakı saylarda isə onunƏrdoğanSisyanlıimzaları ilə yazılarına rast gəlmək mümkündür.

Yaşıl Yarpaqjurnalı fəaliyyət proqramının birinci sayında nəşr etdiyiYolumuzadlı yazıda belə ifadə edib: “Yaşıl Yarpaq əsarət zənciri altında qalmaq bədbəxtliyinə düşən Azərbaycanda illərdən bəri davam edən faciəyə seyrçi qalan dünyaya onun dərdlərini eşitdirmək üçün fəaliyyətə başlayır. Bu ümidini bir az da olsa reallaşdıra bilərsə, özünü xoşbəxt sayacaq”.

Jurnalın Azərbaycan istiqlalı mübarizəsindəki əsas yeri Azərbaycanın rus istiqlalı altında olduğunu vurğulamaq geniş ictimaiyyətə çatdırmaq idi.

Jurnalın 1928-ci ilin 16 iyunda nəşr edilənOn il geridəməqaləsində isə oxuyuruq: “Yüz milyonluq bir rus kütləsinə qarşı dörd milyonluq türk Azərbaycan bütün məhrumiyyətinə rəğmən, qəsb olunan haqqını müdafiə edə bilmiş əsrin bütün şəraitini nəzərə alıb millimədəni ilk Türk Cümhuriyyətini təsis etmək şərəfini qazanıb”.

Yaşıl Yarpaqjurnalında Azərbaycan Türklərinin özlərinəməxsus bir kültürləri, bir ədəbiyyatı olduğunu əks etdirən yazılarla yanaşı, xalqımıza düşmən mövqedə dayanan ermənilər haqqında da məlumatlar verilib.

Məmməd Sadiq Aran bu jurnalı nəşr etməklə Azərbaycana necə bağlı olduğunu bir daha sübuta yetirirdi. Bu dövrdə o, “Ərdoğan”, “Sisyanlı”, “Sənan Azər”, “Sənankimi imzalarla çıxış edib.

 





28.11.2012    çap et  çap et