525.Az

Şahin Mustafayev belaruslu iş adamlarını qəbul edib


 

Şahin Mustafayev belaruslu iş adamlarını qəbul edib<b style="color:red"></b> İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Belarus iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.
 
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Belarus əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb.
 
Nazir bildirib ki, dövlət başçılarının görüşləri zamanı iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün tapşırıqlar müəyyənləşdirilib. Hazırda bu tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Bu gün Belarusun aparıcı şirkətlərinin rəhbərləri ilə aparılan müzakirələr də iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.
 
Görüşdə Belarusun "Qrodnopromstroy" ASC, "BelAZ" ASC, "Belarusbank" ASC, "Balkan Advayzer Kompani", "Beleksimqarant" ixrac agentliyinin rəhbərləri təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verib, Azərbaycanlı iş adamları ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib.
 





02.02.2015    çap et  çap et