525.Az

Azərbaycan gələn ay iki beynəlxalq turizm sərgisində iştirak edəcək


 

Azərbaycan gələn ay iki beynəlxalq turizm sərgisində iştirak edəcək<b style="color:red"></b>

Azərbaycan bu ilin mart ayında iki beynəlxalq turizm sərgisində təmsil olunacaq.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi cari ilin 4-8 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB Berlin 2015" və 18-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək "MITT 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qeyd olunan sərgilərdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycan Turizm Asosiasiyası, Azərbaycan Konqreslər Bürosu və ümumilikdə 30 turizm şirkəti, 5 mehmanxana təmsil olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən etibarən MITT, 2004-cü ildən etibarən isə "ITB Berlin" beynəlxalq turizm sərgilərində iştirak edir.

 





03.02.2015    çap et  çap et