525.Az

Deputatlığa keçmiş namizəd tutulub


 

Deputatlığa keçmiş namizəd tutulub

Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində «İberiya-press» agentliyinin icraçı direktoru həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəşad Fazil oğlu Muradəliyev sentyabrın 12-də yaxalanıb.

APA-nın əldə etdiyi məlumata görə, R. Muradəliyev Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində fəaliyyət göstərən «İberiya-press» agentliyinin icraçı direktorudur. O, ikinci dəfədir ki, dələduzluq faktı görə həbs edilir. Bundan əvvəl R. Muradəliyev 2010-cu ildə həbs edilib.

R. Muradəliyev həmçinin 2005-ci ildə deputatlığa namizəd olub.

 





13.09.2012    çap et  çap et