525.Az

"Avropa İttifaqı Türkiyə ilə energetika sahəsində yeni strateji alyans yaratmalıdır"


 

"Avropa İttifaqı Türkiyə ilə energetika sahəsində yeni strateji alyans yaratmalıdır"<b style="color:red"></b> Avropa İttifaqı gələcəkdə qazın əsas tranzit ölkəsi olacaq Türkiyə ilə energetika sahəsində yeni strateji alyans yaratmalıdır.
 

“APA-Economics” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə energetika və iqlim dəyişikliyi üzrə avrokomissar Migel Arias Kanyete məlumat verib.
 
“Mən Türkiyə ilə yeni alyansın yaradılmasını təklif edirəm. Türkiyə gələcəkdə qaz tranziti üzrə əsas ölkə olacağından bu, bizim energetika məqsədlərimizin mərkəzi nöqtəsi olmalıdır”, - deyə o bildirib.    
 
Qeyd edək ki, Avropa Komissiyası üçün hazırda reallaşdırılan qaz layihələri içərisində ən mühüm “Cənub qaz dəhlizi” sayılır. Bu qaz kəməri də Türkiyə ərazisindən keçəcək. Belə ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Türkiyə və Yunanıstandan keçməklə Avropaya ixracı nəzərdə tutulur.
 





06.02.2015    çap et  çap et