525.Az

Təhsil İdarəsi müəllimlərin əmək haqlarının verilməməsi məsələsinə aydınlıq gətirib


 

Təhsil İdarəsi müəllimlərin əmək haqlarının verilməməsi məsələsinə aydınlıq gətirib<b style="color:red"></b> Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbəqədər hazırlıq qruplarında dərs keçən müəllimlərin əmək haqlarının verilməməsi ilə bağlı narazılıqlara aydınlıq gətirib.
 
Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 15 oktyabr 2014-cü il tarixindən etibarən Bakı şəhərində olan ümumtəhsil müəssisələrində məktəbəqədər hazırlıq qrupları fəaliyyət göstərməyə başlayıb. 15 oktyabrdan 15 dekabra qədər həmin hazırlıq qruplarında dərs deyən müəllimlər əməkhaqqı ilə təmin olunub.
 
Qeyd edək ki, ötən ildən etibarən təhsil nazirinin müvafiq əmrinə əsasən Bakının bir sıra məktəblərində məktəbəqədər hazırlıq qrupları açılıb. Oktyabrın 15-dən etibarən hazırlıq qrupları 89 məktəbdə fəaliyyət göstərir.
 





09.02.2015    çap et  çap et