İngiltərənin neft şirkəti BP Meksika körfəzinin çirkləndirilməsi səbəbilə aldığı cəzadan sonra yeni bir zərbəyə məruz qalıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, BP-nin ABŞ-da hökumətlə yeni müqavilələr imzalaması qeyri-müəyyən müddətə təxirə salınıb.
ABD Ekologiyanı Qoruma İdarəsindən verilən açıqlamada BP-nin ticari dürüstlük məsələsindəki əksiklikləri səbəbilə belə qərar verildiyi bildirilib.
Qadağanın nə qədər davam edəcəyi məlum deyil. Ancaq iki tərəfdən də verilən açıqlamalarda qadağanın əvvəlki müqavilələri əhatə etmədiyi bildirilib.