525.Az

Təhsil nazirindən yeni əmr


 

Təhsil nazirindən yeni əmr<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmr doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə verilib.

Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransı 2015-ci ilin 7-8 aprel tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək.

Əmrdə qeyd olunur ki, ali təhsil müəssisələrinin rektorları Doktorantların və gənc tədqiqatçıların məruzə tezislərinin 2015-ci il 28 fevral tarixinədək Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinə təqdim edilməsini təmin etsinlər.

İqtisad Universitetinin rektoru konfransın Azərbaycan Dövlət İqtisad Universitetində yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaratmalıdır.
 





10.02.2015    çap et  çap et