525.Az

BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər


 

BDU-nun tələbələri Türkiyə media qurumlarında təcrübə keçiblər<b style="color:red"></b> Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, radio-televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova və fakültənin 10 tələbəsi Türkiyədən qayıdıblar.
 
BDU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir həftəlik səfər müddətində tələbələr TİKA, TRT, TRT Ankara radiosu, TRT muzeyi, Anadolu Agentliyi, “Haber 7”, “Yeni Şafak”, “Sabah” qəzeti, Mətbuat Nəşriyyat İnformasiya Baş İdarəsi, Qazi Universitetinin jurnalistika fakültəsinin rəhbərləri ilə görüşüb, təlim-təcrübə proqramında iştirak ediblər.
 
Qeyd edək ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram Koordinasiya ofisinin və Bakı Dövlət Universitetinin birgə layihəsi əsasında baş tutub.
 





18.02.2015    çap et  çap et