525.Az

“Azəriqaz” bir qrup işçisini polisə verdi


 

“Azəriqaz” bir qrup işçisini polisə verdi<b style="color:red"></b>

“Azəriqaz” İstehsalat Birliyinin Qaradağ İstismar İdarəsi 10-cu Polis Bölməsinə müraciət edib.

Bölmədən Lent.az-a verilən məlumata görə, bir ay əvvəl idarənin yeni çəkdiyi xeyli qaz borusu bir qrup əməkdaş tərəfindən oğurlanıb. Həmin idarə işçiləri oğurladıqları qaz borularını yük maşını ilə apararkən Binə ticarət mərkəzinin yaxınlığında tutulublar.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir

 





30.11.2012    çap et  çap et