525.Az

Qloballaşma dövründə kulturoloji innovasiyalar: reallıq və zərurətin kəsişməsində


 

Qloballaşma dövründə kulturoloji innovasiyalar: reallıq və zərurətin kəsişməsində <b style="color:red"></b>

Timuçin ƏfƏndiyev

 

ADMİU-nun rektoru, professor

 

                        

 

Yaşadığımız zaman geosiyasi proseslərin intensiv xarakter alması ilə diqqət çəkir. İnformasiya texnologiyalarının hərtərəfli tətbiqi, ictimai həyatda kommunikativ texnogen amilin rolunun artması qloballaşma proseslərini aktual labüd etmişdir. Əlbəttə, qloballaşma prosesi sosial-mədəni inkişafın müxtəlif formasiyaları ilə, milli mentalitetdən irəli gələn özəlliklərlə qarşılaşır bunların təsiri altında məhəlli, yaxud etnik xüsusiyyətlər kəsb edir. Bu xüsusiyyətlər milli-mədəni təfəkkür tərzində özünü daha qabarıq büruzə verir.

 

Qloballaşan dünyada sosial-mədəni inkişaf bir sıra prioritetlərlə müəyyən edilir. Bu prioritetlərə vətəndaş cəmiyyətinin qurulması, sosial rifahın gücləndirilməsi, insan amilinin ön plana çəkilməsi ilə yanaşı, həm milli mentalitetin qorunub saxlanılması, mədəniyyətlərarası ünsiyyətin intensivləşməsi, mənəvi-əxlaqi dəyərlərin inkişaf etdirilməsi kimi mühüm anlayışlar daxildir. Çağdaş cəmiyyətdə bu anlayışların hərtərəfli, əhatəli izahının verilməsi, onların elmi cəhətdən əsaslandırılması insan cəmiyyət haqqında bitkin, müasir təlim olan kulturologiyanın öhdəsinə düşür. Azərbaycan məkanında kulturologiyanın aparıcı elm tədris bazası olan Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti təbii ki, bu sahədə ciddi, məqsədyönlü fəaliyyət göstərir, yeni elmi prioritetlərin yaradılmasında aparıcı rol oynayır. 90-illiyini qeyd etməyə hazırlaşdığımız universitet mühüm kulturoloji təhsil elmi-tədqiqat bazası olmaqla bəradər, həm cəmiyyətdə kulturoloji dəyərlərin əsas daşıyıcısıdır.

 

Bu gün dinamik inkişaf edən respublikamızda, xüsusilə iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində kulturoloji innovasiyalar böyük potensiala, cəmiyyətə təsir göstərmək imkanlarına malikdir. ADMİU unikal mədəniyyət təhsili ocağı olduğu üçün, çoxqütblü innovasiyalar sistemində bizi daha çox cəlb edən məsələlər məhz sosial mədəni sahələrdir. İnnovasiyaların sosial mədəni sahələrdəki təzahürlərinin dövlətçilik, mədəniyyət, təhsil, elm s. ilə üzvi surətdə uzlaşdırılması Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun inkişafına xidmət edir. Bu, həm dövlətimizin elm, təhsil, mədəniyyət sahələrindəki strategiyası ilə üst-üstə düşür. Azərbaycançılıq ideyalarından qaynaqlanan dövlətçilik strategiyamızın əsas prioritetləri Azərbaycan cəmiyyətinin, Azərbaycan insanının rifahına, sosial mənəvi yüksəlişinə doğru yönəlmişdir. Bu mühüm sosial-siyasi dəst-xəttin çoxşaxəli tutumunu, dərin mahiyyətini elmi müstəvidə əks etdirmək, onu ayrı-ayrı aspektlərdə, o cümlədən mədəni aspektdə təhlil etmək isə bəzi digər sahələrlə yanaşı, həm kulturologiyanın vəzifəsidir.   

 

Kulturoloji təfəkkürün inkişaf etdirilməsində zaman anlayışının böyük rolu vardır. Zaman konsentrik nisbi anlayışdır. Zamanda təzahür edən mədəniyyət, sivilizasiya formaları məhz bu əbədi ölçü daxilində dəyişir, fərqli keyfiyyətlər əxz edir. Zaman axarında kulturoloji innovasiyaların tənzimlənməsi etnosun dövlətin təşəkkülündə, dünyagörüşünün, siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır. Tarixən formalaşmış etnomədəni substansiyaların, ümumən biosferin sosial mahiyyətinin inkişafında, sosiumda kommunikasiya infrastrukturun daha intensiv tətbiq olunmasında texnogen amillə yanaşı mədəniyyət fenomeni tənzimləyici qüvvə kimi çıxış edir.

 

XX əsrin sonuXXI əsrin əvvəlləri dünya miqyasında böyük dəyişikliklərlə yadda qalmışdır. Bu, təkcə minilliklərin dəyişməsi deyil, həm onillərlə formalaşmış dünyagörüşünün, dəyərlərin dəyişməsidir, yeni dəyərlər baxışlar sisteminin meydana gəlməsidir. Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan müstəqil inkişaf yoluna mövcud mənəvi dəyərlərin yeni meyarlarla qiymətləndirilməsi dövrünə qədəm qoydu. Buradan aydın görünür ki, dəyişən dəyərlər, yeniləşən baxışlar epoxasında kulturoloji innovasiyalar bütövlükdə mədəni təfəkkür dövlət cəmiyyətin ideya quruculuğunda aktiv iştirak edir, ictimai-siyasi fəaliyyəti   ümumən sosiumun dünyagörüşünü, əhvali-ruhiyyəsini, meylini istiqamətləndirir.

 

Kulturoloji innovasiyalar problemi maraqlı olmaqla yanaşı, həm aktualdır, xüsusi ilə müstəqilliyni yaxın keçmişdə əldə etmiş ölkələr üçün. Bu sırada mən Azərbaycanın adını xüsusi vurğulamaq  istərdim. Avropa ilə Asiyanın ayrıcında, Şərq-Qərb dəhlizi üzərində yerləşən Azərbaycan tarixən sivilizasiyalararası münasibətlərin mərkəzində dayanmış, bu münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Vaxtilə ərazisindən Böyük İpək Yolunun keçdiyi ölkəmiz bu gün dünya iqtisadiyyatında enerji daşıyıcılarının ötürüldüyü strateji, iqtisadi geosiyasi baxımdan stabil, etibarlı, coğrafi baxımdan ən qısa sərfəli yol, məkan kimi dəyərləndirilir. Azərbaycanın təbii sərvətləri imkanları kimi, onun zəngin mənəvi irsi, yaratdığı böyük mədəniyyət bu gün dünyanın diqqət mərkəzindədir. Əlbəttə, bütün bunlar təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət strategiyamızın məqsədyönlü, ardıcıl fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün dövlətimizin başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət həm Azərbaycan mədəniyyəti ictimai fikir tarixinin, mənəvi dəyərlərimizin dünya ölkələri içərisində yayılmasına yardım edir. Ölkəmizdə reallaşdırılan irimiqyaslı beynəlxalq layihələr, möhtəşəm festival müsabiqələr qloballaşma dövründə milli-mədəni dəyərlərimizin bütün dünyaya tanıdılmasının parlaq təzahürüdür. Yurdumuzun özü qədər qədim olan Qobustan abidələri, kökü minilliklərə gedib çıxan muğamlarımız, aşıq sənəti incilərimiz bunun kimi bir çox başqa mədəni sərvətlərimizin bu gün dünya birliyinin diqqət mərkəzində olması sivilizasiyalararası dialoqda Azərbaycanın imza atdığı uğurlar cərgəsindədir. Bu uğurlar təkcə mədəni sahənin nailiyyətləri olmayıb həm böyük siyasi çəkiyə malikdir. Ölkəmizin tanınması, beynəlxalq siyasi arenada nüfuz qazanması, söz sahibi olması, reytinqinin möhkəmlənməsi baxımından ciddi önəm dayışır. Möhtəşəm tədbirlərin, o cümlədən muğam festivallarının gerçəkləşdirilməsi bu siyasətin tərkib hissəsidir. Bu böyük missiyanın reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri danılmazdır. Sevinirik ki, belə böyük layihələrin həyata keçirilməsində təmsilçisi olduğumuz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin payı var.

 

Çağdaş kulturoloji innovasiyalar qloballaşma inteqrasiya prosesləri ilə paralel şəkildə təzahür edir bu, təbii təsir bağışlayır. Texnogen amilin cəmiyyətin həyatına getdikcə daha dərindən sirayət etdiyi bir vaxtda mədəniyyət fenomeninin humanitar missiyası özünü daha artıq büruzə verməkdədir. Kommunikativ, texnogenyükün azalmasına xidmət edən, daha çox humanitar, yaradıcı düşüncə tərzinin məhsulu olan mədəniyyət fenomeni sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində etibarlı vasitə kimi istənilən cəmiyyət üçün olduqca gərəklidir.

 

Bu gün qloballaşma inteqrasiya proseslərinin inkişafının faydası ilə yanaşı, fəsadlarından, cəmiyyətdə arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyindən çox danışılır. Qloballaşmanın əsas təsir formasının Qərb sivilizasiyası, hədəfinin isə milli mədəniyyət mentalitet olması qənaəti insanların şüurunda özünə xeyli dərəcədə kök salmışdır. Əlbəttə, qloballaşma kimi çoxqütblü bir fenomenin cəmiyyətə təsiri heç həmişə birmənalı qəbul edilmir. Müxtəlif cəmiyyətlərdə bu fenomen adətən bəyənilən bəyənilməyən təzahür formalarına malik olur. Şübhəsiz ki, bu halda ən məqbul variant qloballaşma müasir informasiya texnologiyalarından maksimum bəhrələnmək, onların milli təfəkkür tərzinə olan neqativ təsirini isə minimuma endirməkdir. Bunun üçünsə çevik siyasət yürütmək, hadisə yeniliklərin mərkəzində olmaq, prosesləri obyektiv qiymətləndirmək, düzgün proqnozlar vermək tələb olunur.

 

Bu fikri əldə rəhbər tutaraq əlavə etmək istərdim ki, kulturoloji innovasiyalar cəmiyyət tərəfindən heç həmişə kor-koranə şəkildə, olduğu kimi qəbul edilməməlidir. Çünki bu halda çevik siyasət prinsipi pozulur, ölçü meyar anlayışları passiv xarakter dayışır, nəyin yaxşı, nəyinsə pis olmasını müəyyənləşdirmək imkanları məhdudlaşır. Əlbəttə bu, yaxşı heç vəd etmir demokratik dəyərlərə istinad edən cəmiyyət quruculuğu üçün arzuolunmazdır. Misal üçün, çağdaş Avropa məkanında geniş yayılmış Bolonya təhsil sistemini götürək. Bu sistemin aşkar üstünlükləri göz qabağındadır. Təhsilin humanistləşdirilməsi, Avropa dəyərlərindən bəhrələnmək, təhsilin başqa ölkə universitetlərdə davam etdirmək imkanının əldə olunması, diplomun xarici ölkələrdə tanınması s. baxımından bu mütərəqqi təhsil sisteminin üstünlükləri şübhə doğurmur. Azərbaycanın da Bolonya təhsil sisteminə qoşulması Avropa Birliyinə inteqrasiya etməsi inkişafımızı şərtləndirən əsas göstəricilərdən biridir. Lakin təmsil etdiyimiz bədii təhsilin incəliklərinə varanda, bu sistemin yumşaq desək, o qədər məqsədəuyğun olmadığı anlaşılır. Məsələ burasındadır ki, bədii təhsil bir çox özəlliklərə malikdir standart yanaşma tərzini qəbul etmir. Bolonya sistemini bütün ixtisaslara kor-koranə tətbiq etmək olmaz. Elə bu səbəbdəndir ki, hətta Avropanın özündə belə bir çox sənət məktəbləri Bolonya sisteminin tam tətbiqinə tələsmir   yaxud ona müəyyən məhdudiyyətlər qoyurlar. Mən Paris, London, Moskva, Sankt-Peterburq başqa şəhərlərdəki bədii təmayüllü ali məktəblərdə olarkən bunun şahidi olmuşam. Səbəb isə bədii təhsilin özəlliyidir. Aktyor, rejissor, rəssam, musiqiçi kadrlarının hazırlanmasında Bolonya sisteminin tətbiqi əsas sənət meyarlarının tam qavranılmasına mane olur. Odur ki, bu sistemi bədii təmayüllü ali məktəblərə tətbiq edərkən mütləq həmin ali məktəblərin  spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.

 

Mədəniyyət fenomeni üçün varislik anlayışının böyük əhəmiyyəti var. Tarixən məlumdur ki, fərqli mədəniyyətlərin ünsiyyəti zamanı ikitərəfli zənginləşmə baş verir, hər iki mədəniyyət bir-birindən faydalı xüsusiyyətlər əxz edir. Mədəniyyətlərin bir-birini əvəzləməsi, “köhnəmədəniyyətin tarix səhnəsindən silinib getməsi zamanı da biz eyni prosesləri görürük. Xalqın yetişdirdiyi inanclar, yüzillərlə, minillərlə qoruyub saxladığı mənəvi dəyərlər itmir, fərqli cəhətlər kəsb edərək dövrə uyğunlaşır, daha da zənginləşir, mənəviyyatımızın inkişafına kömək edir. Əgər mədəniyyət tarixinə nəzər salsaq, xalqımızın ən əziz bayramlarından olan Novruz ənənələrinin fərqli mədəniyyətlərin, epoxaların süzgəcindən keçərək yeni, əlvan çalarlar kəsb etməsini görərik. Eyni sözləri folklorumuzda bu gün yaşayan əfsanəvi qəhrəmanlar, obrazlar haqqında da söyləyə bilərik. Onlar uzaq keçmişimizdə yaranmış, zamanın asan olmayan sınaqlarından müvəffəqiyyətlə keçmiş, bu günə qədər yaşamışlar. Azərbaycan xalqı öz folklorunu, qəhrəmanlarını, yaratdığı dolğun bədii surətləri unutmayıb, əksinə onları sevə-sevə qoruyub, çətin dönəmlərdə yaşadıb, yeni çalarlarla zənginləşdirib bu gün onlardan bəhrələnir. Milli mentalitetimizin dəyərli xüsusiyyətlərindən olan ənənələrə sadiqlik nişanəsi, varislik kimi mühüm keyfiyyətlər öz növbəsində xalqımızın etnik konsentrasiyası, birliyi üçün mühüm amil, mənəvi özək olmuşdur. Bu xüsusiyyətlər xalq şüurunu monolit məcraya yönəltmiş, onu bir növ səfərbər etmiş, müxtəlif tarixi dönəmlərdə birliyi qoruyub saxlamışdır.  Buradan aydın görünür ki, mədəniyyətin zaman keçdikcə fərqli, dövrə uyğun xüsusiyyətlər kəsb etməsi əslində monolit cəmiyyətin inkişafının ümumi qanunauyğunluqlarından doğur. Bu məsələdə mühüm olan etnosun dəyişən dəyərlər dönəmində öz varislik ənənələrinə sadiq qalması, milli-mənəvi simasını itirməməsi, malik olduğu dəyərləri müasir tələblərə uyğunlaşdıra bilməsidir. Azərbaycan xalqı məhz belə xalqdır öz mənəvi xəzinəsini, mədəniyyətini, folklorunu istənilən dövrdə yaşatmağa, inkişaf etdirməyə qadirdir. Ötən əsrin 60-70-ci illərində, mədəniyyətimizinqızıl dövründə yaradılmış ölməz sənət abidələrimiz zamanında bəzən ideoloji məngənəyə düşmüş olsalar belə, xalqımız onları bu gün yaşadır, onlarda yeni məna, yeni ruh görür, zamanın fövqündə duran, bugünkü müstəqilliyimizlə səsləşən həqiqi sənət nümunəsi kimi dəyərləndirir. Kulturoloji innovasiyalardan danışarkən bu sadə, eyni zamanda müdrik həqiqətləri unutmaq olmaz bu həqiqətlər qloballaşan çağdaş dünyamızda bizim üçün zamansa olduğundan daha böyük önəm daşıyır. Mədəniyyət sahəsində kulturoloji innovasiya probleminin ideya-estetik mahiyyəti zamanın gedişində yeni çalarlar, mənalar kəsb edir.

 

Bu gün Azərbaycan qloballaşan dünyada öz sürətli inkişaf templərinə görə bir çox ölkələri, hətta inkişaf etmiş ölkələri üstələyir. Mədəniyyət fenomeninin mühüm saxlanc yeri olan milli mentalitet, mənəvi dəyərlər sistemi qloballaşan dünyamızda fərqli düşüncə tərzləri ilə üz-üzə gəlir, müxtəlif təsirlərə, hətta təzyiqlərə məruz qalır. Bunun zərərli təsirindən qorunmağın ən etibarlı yolu isə kulturoloji innovasiyaların tətbiqində balanslaşdırılmış siyasət yürütmək, çağdaş bəşəri dəyərləri mövcüd yaşam tərzimizə, cəmiyyətimizin ab-havasına uyğunlaşdırmaqdır. Eyni zamanda öz böyük mədəniyyətimizi dünya birliyinin diqqətinə çatdırmaq, onu qloballaşma predmetinə çevirmək zəruridir. Böyük fərəh hissi ilə vurğulamaq istərdim ki, bu işdə hər zaman olduğu kimi, bədii düşüncə yaradıcılıq təmsilçiləri, o cümlədən 90 illiyini qeyd etdiyimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professor-müəllim heyəti ön sıralarda gedir.      

 

 





30.11.2012    çap et  çap et