525.Az

Yasamal və Nəsimi rayonlarında səyyar qəbullar keçirilib


 

Yasamal və Nəsimi rayonlarında səyyar qəbullar keçirilib<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam etməkdədir.
 
İdarədən verilən məlumata görə, növbəti səyyar qəbullar  Yasamal və Nəsimi rayonlarında keçirilib.

Yasamal rayonu üzrə 13 nömrəli məktəbdə keçirilən səyyar qəbulda 13, 18, 20, 21, 31, 38, 52, 53, 60, 150, 153, 158, 161, 167, 173, 175, 176, 225, 286, 308 nömrəli məktəblər və 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər Tennis İdman Məktəbi, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq- Gənclər İdman Məktəbi, 11 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 24 nömrəli Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Nəsimi rayonu üzrə 46 nömrəli məktəbdə keçirilən səyyar qəbulda isə 1, 5-292, Şahmat İdman Məktəbi, 9 nömrəli Uşaq Gənclər İdman Məktəbi, 20 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və 35 nömrəli Texniki Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.

Səyyar qəbullar saat 10:00 - da başlayıb və vətəndaşların müraciəti bitənədək davam edib. Yasamal rayonu üzrə 8, Nəsimi rayonu üzrə isə 23 müraciət dinlənilib.

Əsas müraciətlər əlavə korpusların tikilməsi, mühafizə sistemi, bufetlərdə isti yeməklərin verilməsi və məktəblərin təmir edilməsi ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilib və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Vəfa MƏMMƏDLİ

 

 





25.02.2015    çap et  çap et