525.Az

2013-cü il üçün dövlət büdcəsi qəbul edildi


 

2013-cü il üçün dövlət büdcəsi qəbul edildi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında millət vəkilləri Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsini qəbul ediblər.

525.az-ın məlumatına görə, spiker Oqtay Əsədov çıxışında qeyd edib ki, bu, müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir: “Millət vəkillərinin səsləndirdiyi təkliflərin bir hissəsi büdcə layihəsində nəzərə alınıb. Əgər may ayında dövlət büdcəsinə dəyişikliklər məsələsi olsa, digər təkliflər də nəzərə alınacaq”.

Qeyd edək ki, büdcənin gəlir və xərclərinə dəyişikliklər edilib - gəlirlər hissəsi 5 milyon, xərclər hissəsi isə 40 milyon manat artırılıb.

Onu da qeyd edək ki, 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 milyard 159 milyon manat , xərcləri ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 19 milyard 850 milyon manat proqnozlaşdırılır. Gələn ildə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 690 milyon manat vəsait nəzərdə tutulub.
2013-cü ildə dövlət büdcəsi xərclərinin artırılmasına baxmayaraq, 2012-ci illə müqayisədə dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula nisbəti 0,1 faiz aşağı düşərək 1,1 faiz təşkil edəcək. 2013-cü ilin dövlət büdcəsində neftin ixrac qiymətinin 1 bareli 100 dollar nəzərdə tutulub.

Sonra büdcə layihəsi səsə qoyularaq 102 nəfər lehinə, 4 nəfər əleyhinə olmaqla qəbul edilib.

Daha sonra  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2013-cü il üçün nəzərdə tutulan büdcə layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.
Xatıtladaq ki,  DSMF-in 2013-cü il büdcəsinin gəlirləri 2 632 695 000,0 manat, xərcləri 2 632 695 000,0 manat məbləğində təsdiq edilir.

Kamil Həmzəoğlu

 





30.11.2012    çap et  çap et