525.Az

Məktəb direktorları Təhsil Nazirliyində hesabat verir


 

Məktəb direktorları Təhsil Nazirliyində hesabat verir<b style="color:red"></b> Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi çərçivəsində məktəb direktorlarının təqdimatlarının dinlənilməsinə başlanılıb.
 
Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqə prezidentin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir.

Müsabiqələrin ilk mərhələsində təqdim edilmiş sənədlər yoxlanılıb və 61 məktəb, həmçinin 131 müəllim müsabiqənin növbəti mərhələsinə buraxılıb. Qeyd edək ki, müsabiqədə iştirak üçün 94 ümumtəhsil məktəbi və 296 müəllim müraciət edib.

“Ən yaxşı müəllim” müsabiqəsinin II mərhələsində müəllimlərin Bakı şəhərinin seçilmiş məktəblərində nümunə dərsləri təşkil olunacaq.
 





26.02.2015    çap et  çap et