525.Az

Prokurorluq orqanlarında işə qəbul üçün test imtahanı keçirilib


 

Prokurorluq orqanlarında işə qəbul üçün test imtahanı keçirilib Prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Baş Prokurorluqla birgəölkə başçısının fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçünnamizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiqolaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün testimtahanı keçirib.

TQDK-nın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, işə qəbulla bağlı ərizə qəbulu Prokurorluq tərəfindən aparılıb və 100 ştat vahidiüzrə müsabiqədə iştirak etmək istəyən 461 nəfərin namizədliyi qeydə alınıb.İmtahan bu gün 10:00-da başlayıb və 3 saat ərzində davam edib və namizədlərə100 sualdan ibarət sual kitabçası təqdim olunub. İxtisas üzrə 80 sual hüququnmüxtəlif sahələrini əhatə edir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər20 sual isə namizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yoxlamaq üçünnəzərdə tutulub. Məntiqi suallara verilən hər düzgün cavab 0.5 ballaqiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dahaçox bal toplamış namizədlər növbəti mərhələyə buraxılacaqlar.

İmtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(www.tqdk.gov.az) internet saytında yerləşdiriləcək.
S.QARAYEVA
 





13.09.2012    çap et  çap et