525.Az

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb


 

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmiş namizədlər imtahan nəticələri barədə TQDK-nın internet saytına daxil olaraq və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
 
Qeyd edək ki, TQDK martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 





16.03.2015    çap et  çap et