525.Az

Ötən il Azərbaycana 2,3 mln. turist gəlib


 

Ötən il Azərbaycana 2,3 mln. turist gəlib<b style="color:red"></b> 2014-cü ildə Azərbaycana 2 milyon 300 minə yaxın turist gəlib.
 
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bu gün AİTF-2014 sərgisinin açılış mərasiminə həsr olunan mətbuat konfransında bildirib ki, Azərbaycana ən çox turistlər sərhəd ölkələrdən - Rusiya, Türkiyə, İran və Gürcüstandan gəlir.
 
Şöbə müdirinin sözlərinə görə,  dünyada baş verən iqtisadi böhran Azərbaycan turizminə müəyyən qədər təsir göstərə bilər: “Әgər kimsə bir neçə il əvvəl hər hansı ölkəyə səfər edirdisə, məsələn, bu il fikirləşə bilər ki, onun maliyyə vəsaiti buna imkan verməz. Məhz bu baxımdan maliyyə böhranı turizmə müəyyən faiz həcmində təsir edə bilər”.
 





01.04.2015    çap et  çap et