525.Az

"Terrorla mübarizədə Azərbaycanın verdiyi töhfələr yüksək dəyərləndirilir"


 

"Terrorla mübarizədə Azərbaycanın verdiyi töhfələr yüksək dəyərləndirilir"

“Azərbaycan terrorizmə qarşı beynəlxalq koalisiyanın kifayət qədər əhəmiyyətli çəkiyə malik olan iştirakçısıdır. Məsələ təkcə onda deyil ki, respublika öz sülhməramlılarını Əfqanıstana göndərib, Əfqanıstana tədarük edilən daşımaların 30%-nin öz ərazisindən keçməsini təmin edib, bu həm də koalisiyanın Rusiya və Pakistanla elə də sadə olmayan münasibətləri nöqteyi-nəzərindən olduqca vacibdir”.

Bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ-da 11 il əvvəl baş vermiş 11 sentyabr hadisələrindən sonra Azərbaycanın bu sahədə rolunu şərh edərkən deyib. O bildirib ki, Azərbaycandan keçən bu tranzit xətti həyati əhəmiyyət kəsb edir və nəhayət, Azərbaycan Əfqanıstanın təhlükəsizlik qüvvələrinin hazırlanmasına da kömək edir: “Bunun özü də Bakının töhfəsidir. Ona görə də, Azərbaycanın beynəlxalq terrorizm əleyhinə koalisiyaya verdiyi töhfə çox böyük çəkiyə malikdir. Və bu iştirak “bütün kolxozu” ilə koalisiyaya daxil olan, lakin terrorizmlə mübarizəyə heç bir həqiqi töhfə verməyən bir çox ölkələrdə olduğu kimi formal xarakter daşımır. ABŞ səfiri də, dövlət katibi də, müdafiə naziri də, NATO-nun baş katibi də bu barədə bəyan ediblər. Onlar dünya terroru ilə mübarizədə Azərbaycanın verdiyi töhfələri çox yüksək dəyərləndirirlər”.

Azərbaycanın terrorla mübarizə koalisiyasının tərkibində fəal şəkildə iştirak etməklə yanaşı, özünün də əl-Qaidə tərəfindən təhlükələrin obyektinə çevrilməsinə toxunan millət vəkili deyib ki, əl-Qaidə böyük bir terror şəbəkəsidir və onun Azərbaycana qarşı planlarının nə dərəcədə ciddi olduğunu demək çətindir: “Lakin fakt ondan ibarətdir ki, respublika ərazisində üzərlərində silah tapılan islam radikalları həbs edilirlər, hətta bəlkə onlar Azərbaycan vətəndaşlarından daha çox əcnəbi vətəndaşlara qarşı fəaliyyət göstərmək istəyirlər, ancaq bunun heç bir fərdi yoxdur, çünki onlar Azərbaycan ərazisində fəaliyyət göstərmək niyyəti güddüklərindən, istənilən halda belə planlar respublika əleyhinə yönəlmiş sayılır. Fikrimcə, belə terror təşkilatları üçün “karvansaray”a çevrilməkdənsə, antiterror koalisiyasının üzvü olmaq və bu cür qrupları zərərsizləşdirmək, kəşfiyyat məlumatlarının mübadiləsini aparmaq, koalisiya çərçivəsində ABŞ-dan texniki yardım almaq daha yaxşıdır”.

ABŞ koalisiya tərəfdaşı olaraq İranı terror təhlükəsinin mənbəyi kimi Azərbaycanın qarşısına qoyarsa ölkənin necə davranmalı olmasına da toxunan R. Musabəyov deyib ki, Azərbaycan yekun nəticədə qərarı özü qəbul edir: “Bu konteksdə Azərbaycan dəfələrlə bəyan edib ki, ərazilərindən İranın ünvanına heç bir təhlükə yaranmayacaq. Bu prinsipial mövqedir. Düşünürəm ki, Azərbaycan son fürsətə qədər bu mövqedə duracaq. Əgər yalnız İrandan bilavasitə Azərbaycana qarşı heç bir təhlükə olmayacaqsa. Belə bir təhlükə yaranacağı təqdirdə bu təhlükəni neytrallaşdırmaq və aradan qaldırmaq üçün istənilən yardımdan, eləcə də ABŞ-ın köməyindən nəinki istifadə etmək hüququna malikdir, hətta bunu etməyə borcludur”.

ASALA tərəfindən Azərbaycan diplomatlarının ünvanına daxil olan təhdidedici məktublara da toxunan millət vəkili deyib ki, ASALA həm Avropada, həm də ABŞ-da terror təşkilatı kimi tanınıb, çünki məhz onların ərazilərində ASALA-nın döyüşçüləri türk diplomatlarına qarşı terror aktları təşkil ediblər və həm ABŞ, həm də Fransa vətəndaşları da bu terror aktlarının qurbanı olublar: “Odur ki, sözügedən təşkilat bu ölkələrdə terror təşkilatı kimi tanınıb. Digər məsələ isə ondan ibarətdir ki, ASALA terror təşkilatı kimi ümumiyyətlə yoxa çıxıb. Və mən düşünürəm ki, bu gün ASALA-nın adından ya qorxutmaq məqsədi ilə aksiyalar keçirilir, ya da Ermənistanın həmin xüsusi xidmət orqanları ASALA-nın himayəsi altında yaxud bu təşkilatın ənənəvi terror siması arxasında xaricdə olan Azərbaycanın səlahiyyətli şəxslərinə qarşı müxtəlif tipli terror aktları və təxribatlar təşkil etmək iqtidarındadırlar.

Lakin məsələ burasındadır ki, bu gün dünya elədir ki, bu tipli hərəkətləri gizlətmək və onlara görə məsuliyyətdən qaçmaq çətin məsələdir. Hesab edirəm ki, əgər kimsə fırıldaqçılıqdan belə aksiyalar planlaşdırırsa, bir şeyi dərk etməlidir ki, əvəzi mütləq olacaq”.
 

Pərvanə 
 

 





14.09.2012    çap et  çap et