525.Az

Məşhur agentlik iflas etdi


 

Məşhur agentlik iflas etdi<b style="color:red"></b>

Fransanın məşhur "Sipa" Xəbər Agentliyi iflas edib.

Paris Ticarət Məhkəməsi Avropanın və Fransanın ən böyük foto agentliyi ilan "Sipa Press"in nəzdində yaradılan "Sipa" Xəbər Agentliyinin rəsmən iflas etdiyini açıqlayıb.

Keçən aylarda yaradılan və "Frans Press"dən sonra Fransanın ən böyük xəbər agentliyinə çevrilən "Sipa"nın 120 əməkdaşı var.

"Sipa"nın iflasa uğramasında böyük hissədarı, Almaniyanın xəbər agentliyi "DAPD"ın oktyabr ayında iflasını açıqlamasının mühüm rol oynadığı bildirilir.

"Sipa Press" 1973-cü ildə türk jurnalist Gökşin Sipahioğlu tərəfindən yaradılıb. Sipahioğlu 2001-ci ildə agentliyi "Sud Communication"a satıb.

 





07.12.2012    çap et  çap et