525.Az

Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu


 

Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu<b style="color:red"></b>

Azərbaycanda şagirdlər üçün keçirilən respublika fənn olimpiadalarının final mərhələsi başa çatıb. Olimpiadada iştirak edən məktəblilərin göstərdikləri nəticələr açıqlanıb.

Təhsil Nazirliyindən (TN) Trend-ə verilən məlumata görə, şəffaflığı təmin etmək üçün şagirdlərin cavab vərəqələri kodlaşdırılaraq münsiflər heyətinə təhvil verilib. Müvafiq yoxlamadan sonra nəticələr müəyyənləşdirilib.

Nəticələr TN-nin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.

 





20.04.2015    çap et  çap et