525.Az

"Cümhuriyyətin ilk sədası" Bakıda


 

"Cümhuriyyətin ilk sədası" Bakıda<b style="color:red"></b>

Dövlət Mahnı Teatrında Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının türkiyəli yazıçı Dəmət Çizməlinin "Cümhuriyyətin ilk sədası" əsəri əsasında hazırladığı eyniadlı tamaşanın premyerası keçirilib.

Azərbaycan teatr səhnəsində ilk dəfə nümayiş olunan bu tamaşa 1919-cu ildə qardaş Türkiyədə baş verən hadisələrdən bəhs edir. Tamaşaya gənc rejissor Nicat Mirzəzadə quruluş verib. Tamaşanın tərcüməçisi yazıçı Oqtay Hacımusalıdır.
 
Tamaşada Atatürk obrazını Natiq Həziyev, Qarabəkir paşanı isə Əhliman Ərşadlı canlandırıblar. Digər rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacıyev, Rövşən Cəfərov və başqaları çıxış edirlər.

Tamaşadan əvvəl keçirilən tədbirdə Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının rəhbəri İbrahim Öztek, Azərbaycan "Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Vüqar Qədirov və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev çıxış ediblər.

Daha sonra tamaşa təqdim olunub.

S.ABDULLAYEVA

 





21.04.2015    çap et  çap et