525.Az

“Anarın işığı bütün türk dünyasına yetir...” - (Müsahibə)


 

“Anarın işığı bütün türk dünyasına yetir...”<b style="color:red"> - (Müsahibə)</b>

Pərvinin həmsöhbəti Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğludur 

 

Bu il 22-23 noyabrda Qazaxıstanın paytaxtı Astanada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə V Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi keçirildi. Konfransdan sonra suallarımı Birliyin sədri Yaqub Öməroğluna ünvanladım.

  

 

Pərvin: Yaqub bəy, bu gün V Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi uğurla yekunlaşdı. Bu münasibətlə sizi təbrik edirəm. Adıçəkilən konfrans 2007-ci ildən keçirilir. İldən-ilə hansı dəyişiklikləri hiss edirsiniz?

 

Yaqub Öməroğlu: Təşəkkür edirəm. Qeyd edim ki, Avrasiya Yazarlar Birliyi 2006- ildə qurulub biz haqqında danışdığımız Konqresi 2007-ci ildə təşkil etmişik. O zaman müxtəlif ölkələrdən qonaqlar konfransa qatılmışdılar. Lakin onların davranışlarında bir inamsızlıq da hiss olunurdu. Dilə gətirməsələr , bu konfransın ümumilikdə Avrasiya Yazarlar Birliyinin işinin davamına haqlı olaraq tərəddüd, şübhə ilə yanaşırdılar. Lakin xoşbəxtlikdən həm birlik, həm konqres illər ötdükcə öz işini daha da mükəmməlləşdirə bildi. Hər il bizə yeni qoşulan dərgilər olur. Biz ilk gündən bir məsələni əsas götürürük ki, bacaracağımız, həyata keçirə biləcəyimiz işləri müzakirə edək. Bura qatılan baş redaktorlar arasında dostluq münasibətləri  qurulur, əlaqələr yaranır. 2007-ci ildən bu yana ən böyük nailiyyətimiz  türkdilli xalqların ədəbiyyat adamlarını, tərcüməçilərini görüşdürməklə əsərlərin müxtəlif ləhcələrə çevrilməsinə yol açmaqdır. Məqsədimiz budur inanıram ki, Astana görüşü bu baxımdan xeyli faydalıdır.

 

Pərvin: Konqresdə artıq üçüncü dəfə, “Türk dünyasında ilin ədəbiyyat adamıseçildi. İlk olaraq Əli Akbaş, sonra Xalq yazıçısı Anar bu dəfə qazax yazıçısı Tölen Abdik bu mükafata layiq görülüblər. Ümumiyyətlə, belə bir ödül təsis etmək hansı ehtiyacdan yaranmışdı?

 

Yaqub Öməroğlu: Türk dünyasının yetişdirdiyi böyük yazarlar var. Lakin onlar öz ölkələrində çox məşhur olsalar da, başqa türkdilli ölkələrdə kifayət qədər tanınmır oxunmurlar. Bizim məqsədimiz bu adamlara ödül verməklə türk dünyasının fikrini onlara yönəltmək, əsərlərini müxtəlif dillərə çevirərək türkdilli ölkələrdə yaymaq tanıtmaqdır. Konqresə 38 dərgi qatılır bunlar öz ölkələrində ciddi ədəbiyyatı təbliğ edən dərgilərdir. Təsəvvür edin ki, hər dərgi ilin adamı elan etdiyimiz yazıçının əsərlərini öz dilinə çevirib ölkəsində yayır, bəlli bir vaxtda həmin yazar bütün türk dünyasında oxunmuş olur. Bu çox önəmlidir. Məsələn, üçün Anar təkcə Azərbaycanın olsun ki? Anarın işığı bütün türk dünyasına yetir. Sadəcə bu işığı paylamaq üçün çalışmaq lazımdır.

 

Pərvin: Bu istiqamətdə görülən işlər effekt verirmi?

 

Yaqub Öməroğlu: Məncə, növbəti il effekti daha çox hiss etmək imkanımız olacaq. Çünki əvvəlki illərdə ilin ədəbiyyat adamları seçilmiş Əli Akbaş Anar türk dünyasında müəyyən qədər tanınan yazarlardır. Lakin bu il seçilmiş Tölen Abdik yanız Qazaxıstanda çox yaxşı tanınır. Tölen Abdik adı gəldikdə bütün qazax ədəbiyyat dünyası ayağa durur. Lakin türk dünyasında bu yazıçı kifayət qədər oxunmur.Tölen Abdik əsərlərində insanın ruh dünyasını təsvir edən bir yazardır. Sovet dövründə yazdığı əsərlərdə belə qazax xalqının milli problemlərini, dərdlərini təsvir etmişdir. Xalqın inkişafına, maariflənməsinə xidmət etmiş bir yazardır. Düşünürəm ki, o ilin ədəbiyyat adamı kimi müxtəlif dərgilərdə çap olunmaqla xeyli dərəcədə tanınacaq. Çox güman ki, bu ilin fəaliyyəti ilə böyük, amma Qazaxıstandan kənarda az oxunan yazarı dərəcədə tanıda bildiyimiz aydınlaşacaq.

 

Pərvin:Kardeş Kalemlerdərgisinin ilin ədəbiyyat adamına  həsr olunmuş özəl sayları bu mənada çox fayda verir. Ümumiyyətlə, bu dərginin müxtəlif türk xalqlarının bir-birinin ədəbiyyatı ilə tanış olub, öyrənməsi baxımından xidmətləri böyükdür...   

 

Yaqub Öməroğlu: Haqlısınız... Həqiqətən bu, türk xalqlarının ədəbiyyatını bir-birinə tanışdırmaq məqsədiylə çıxarılan bir dərgidir. çıxdığı gündən indiyə qədər əksər türkdilli ölkələrdə yayılır. İstəyimiz müxtəlif türkdilli ölkələrin ədəbiyyat adamlarını bir yerə toplamaq əsərlərini bu dərgi vasitəsiylə tanıtmaqdır. Məncə dərgi xeyli faydalı işlər görüb. İndiyə kimi 800-dən çox yazarın əsəri burada çap olunub. “Kardeş KalemlerBengü yayınları üçün bir qaynaq rolunu oynayır, jurnalda çap olunan əsərlər daha sonra kitab halında da nəşr edilir. Yeri gəlmişkən deyim ki, konqreslərimizin baş tutmasında da bu dərginin rolu böyükdür.

 

Pərvin: Yaqub bəy, 2008-ci ildə Mahmud Qaşqarlının 1000 illiyinə həsr olunmuş türkdilli ölkələrin hekayə müsabiqəsini  təşkil etdiniz. Bu il həmin müsabiqə ikinci dəfə keçirildi. Ümumiyyətlə, sizcə bunun əsas faydası nədən ibarətdir?   

 

Yaqub Öməroğlu: Məncə, müsabiqələrin əsas işi yeni yazarları, istedadlı gəncləri üzə çıxarmaq olmalıdır. Mahmud Qaşqarlı müsabiqəsində iştirak üçün bir yaş senzi yoxdur. Yaşlı artıq tanınmış yazarlar burada yer tuturlarsa, bizi sevindirir, lakin gənclərin iştirakı mükafat alması daha faydalı olar. Yəni bu onların tanınmasına, daha da həvəslənməsinə gətirib çıxarar. Bildiyiniz kimi bu il 10 ölkədə yarışma keçirildi. Əsas şərt doğma dildə yazılmış əsərin müsabiqəyə təqdim olunmasıdır. Şükürlər olsun ki, Türkiyə Azərbaycanda belə bir sorun yoxdur. Yeri gəlmişkən, bu məqamda Azərbaycan yazarlarının xüsusi xidmətini vurğulamaq istəyirəm. Sovet dövründə diliniz, ədəbiyyatınız, milli-mənəvi dəyərləriniz basqı, təzyiq altında olmasına baxmayaraq yazarlarınız öz dillərində yazıb-yaradıblar. Lakin fəqət hər yerdə belə deyil. Kiçik xalqlarda doğma dilində yazmaq çox da önəmli sayılmır. Bu yarışmanın əsas məqsədi məhz kiçik xalqların yazarlarını doğma türk dilində yazmağa təşviq etməkdir. Məsələn, İran türkmənlərində türkməncə ilk hekayə məhz bu yarışma üçün yazılıb. Bildiyimə görə Krımda da eyni hal olub. Bu baxımdan məqsədimizə doğru düz yolda olduğumuza çox inanıram.  

 

Pərvin: Avrasiya Yazarlar Birliyi olaraq bütün türk dünyası, hətta adətən tədbirlərə qatılmayan Türkmənistan, Özbəkistan ilə əlaqələr yaradırsınız. Bu işdə çətinlikləriniz olurmu? 

 

Yaqub Öməroğlu: Təbii ki, bu asan deyil. Amma biz işimizi həm ölkələrin, həm ölkələr arasındakı siyasətin xaricində qurmağa çalışırıq. Mərkəzimiz Türkiyədədir. Amma elə Türkiyənin siyasi maraqlarına qoşulmamağa çalışırıq. Meydanımızı sadəcə incəsənət ədəbiyyatla sərhədləmək istəyirik. Bunu bacara bildiyimiz ölkədə fəaliyyətin daha asan inkişaf etdiyini görürük. Doğru deyirsiniz ki, Türkmənistan Özbəkistanla əlaqələr daha çətindir. Amma Avrasiya Yazarlar Birliyi olaraq ən çox sayğı gördüyümüz ölkələrdən biri Özbəkistandır. BuradaKardeş kalemlerdərgisinə beynəlxalq dərgi statusu verildi. Bu məqamlar şübhəsiz ki, bizi sevindirir. Lakin hələ həll edə bilmədiyimiz məsələlər qalır ki, bunların da çoxu maliyyə çətinliyi ilə bağlıdır. Simpoziumlar, konfranslar, görüşlər, hamısı maliyyədən asılıdır.

 

Pərvin: Yeri gəlmişkən çeviri simpoziumları barədə fikirlərinizi öyrənmək istərdim. Yəqin ki, türkdilli xalqların bir-birinin ədəbiyyatını tanımasında ən böyük bu simpoziumların  üzərinə düşür? 

 

Yaqub Öməroğlu: Doğrudur! Heyrətedici olan budur ki, həmin simpoziumlara, görüşlərə qədər o istiqamətdə heç bir görülməmişdi. Çox yalnış bir düşüncə vardı ki, türk dilinin müxtəlif ləhcələrində yazılan əsərlərin tərcüməsinə ehtiyac yoxdur. Amma əslində bu çox çətin bir işdir. Yəni fərqli dillərdən tərcümə etməkdən daha zordur. Buna sadə baxmaq tərcüməçilərə qarşı haqsızlıqdır. Çünki yaxın dillərdən çevirmələr zamanı müxtəlif dil xətaları ortaya çıxa bilir. Tərcüməçilərin simpozium yaxud, tərcümə emalatxanalarında bir yerə  gəlməsi bu xətaların aradan qaldırılmasına çox kömək edir. Ədəbiyyatlar arasında əlaqələrin qurulması, türkdilli ölkələrin digərlərinin əsərlərini oxuması tərcümələrsiz qeyri-mümkündür. Ona görə belə görüşlərin, simpoziumların keçirilməsi olduqca vacibdir.

 

Pərvin: Yaqub bəy, bütün bu görülən planlaşdırdığınız işlər barəsində qədər şövq həvəslə danışdığınızı görürəm. düşünürəm ki, bunlar sizi yazı masasından ayıran məsələlərdir. “Kardeş Kalemlerdərgisində müxtəlif ədəbiyyat adamlarına həsr olunmuş yazılarınızı, “Gec qalan piknikhekayənizi oxuyanda məndə belə bir fikir yarandı ki, reallıqla yaşayır bu gün duyduğunuzu yazırsınız. Lakin bildiyimə görə bədii yaradıcılıqla ardıcıl məşğul olmursunuz. Yazmağa vaxt tapa bilmədiyiniz mövzular sizi incitmir ki?

 

Yaqub Öməroğlu: Maraqlıdır. Mən universitetə daxil olanda sakit, masama bağlı həyatı, hücrəmdən çıxmadan yazıb-oxumağı arzulamışdım. Yəni kiçik bir şəhərdə, balaca bir evdə yaşamaq, həftəsonlarını ailəmlə keçirib, bacardığım qədər yazmaq xəyal edirdim. Amma olaylar, həyat buna heç imkan vermədi. Təbii ki, bu sosial, ictimai işlər həm zehni məşğul edir, həm vaxtı alır. Bəzən bir hekayəni aylarla beynimdə gəzdirirəm, yazmağa zaman tapanda çox xoşbəxt oluram. Bəlkə gələcəkdə o arzuladığım sakit həyatı yaşamaq ürəyim istəyən qədər yazmaq imkanım olacaq... Amma hal-hazırda zamanın tələbi budur. Madam ki, bu zamanın övladlarıyıq, yaranan imkanları, fürsətləri millətimiz üçün kullanmalıyıq.

 

Pərvin: Təşəkkür edirəm, Yaqub bəy. Son olaraq sizə Azərbaycan ədəbiyyatının yayılması tanınması istiqamətində  xidmətlərinizə görə bir daha minnətdarlığımı bildirirəm.

 

Yaqub Öməroğlu: Mən təşəkkür edirəm. sizlərdən yeni-yeni əsərlər gözlədiyimizi deyirəm.

 

 





07.12.2012    çap et  çap et