525.Az

“Teatr asılqandan yox, tamaşaçıdan başlayır” -Müsahibə


 

“Teatr asılqandan yox, tamaşaçıdan başlayır” <b style="color:red">-Müsahibə</b>

Müsahibimiz Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovdur.

İsrafil müəllim, milli teatr prosesinin çağdaş dövrü ilə əlamətdardır?

Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı iləAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramı təsdiq olunub. Həmin Proqramda nəzərdə tutulan tədbirlər teatr sənətinin bütün sahələrini əhatə edir bütövlükdə milli teatrımızın bütün istiqamətlərində inkişafının təmin olunmasını nəzərdə tutur. Məhz sözügedən proqram Azərbaycan teatrında mövcud olan təşkilati, texnoloji, yaradıcılıq s. problemlərin həllinə yönələn islahatları labüdləşdirdi islahat prosesi başladı.

Başlanan islahatların gedişi ilə bağlı deyə bilərsiniz?           

Hər şeydən əvvəl, teatrların fəaliyyət göstərdikləri binalarda Avropada qəbul edilmiş standartlara müvafiq səviyyədə aparılan yenidənqurma təmir-bərpa işləri teatrın yeni, texnoloji avadanlıqlarla, səhnə texnikası ilə təchizatı həyata keçirildi. Sonra ayrı-ayrı teatr kollektivlərinin yaradıcı qüvvələrinin təşkilatı toparlanması uğurla başa çatdı, bir sıra teatrlarda kadr dəyişiklikləri edildi.

Tamamilə təbiidir ki, texnoloji təşkilati islahatlar yaradıcılıq islahatlarını şərtləndirdi çalışdığım Akademik Milli Dram Teatrı Mədəniyyət Turizm Nazirliyi tərəfindən həyata keçirilən həmin islahatların başladığı ilk yaradıcılıq müəssisəsi oldu. Belə ki, teatrın kollektivi ilə birillik kontrakt (müqavilə) münasibətləri quruldu. Quruluşçu rejissorlarla yaradıcılıq münasibətləri qonorar sisteminin tətbiqi ilə tənzimləndi. Qeyd etdiyim islahatlar çərçivəsində kollektivdə əmək yaradıcılıq intizamının möhkəmləndirilməsi ilə yanaşı teatr tədqiqatlarının aparılması, yeni dramaturgiyanın, rejissuranın, səhnəqrafiyanın, tamaşaçı auditoriyasının formalaşdırılması işinə başlanıldı.

Bəzən bunların birmənalı qarşılanmadığı diqqət çəkir.

Elədir, çünki bəzilərinə elə gəlir ki, islahatlara başlanıldısa, iki-üç ilə böyük nəticələr əldə edilməlidir. Bu sadəlövh düşüncədir. Hətta bir ağacı əkəndə belə, onun meyvəsini dadmaq təmənnası ağacın əziyyətli becərilməsindən sonra gerçəkləşə bilər. Odur ki, necə deyərlər, xəstə tələsər, amma armud vaxtında dəyər. Bütövlükdə isə, bu, böyük uzun bir prosesdir. Ona görədir ki, yuxarıda qeyd etdiyimiz Dövlət Proqramı məhz 2009-2019-cu illərdəki fəaliyyəti nəzərdə tutur.

Teatrımız haqqında, yaradıcı heyət aktyor truppası barədə deyilən bütün fikirləri izləyir, oxuyur, tənqidi doğuran motivləri səbrlə öyrənirik. Tənqidsiz yaradıcılıq yoxdur ola da bilməz. Amma tənqidçi qismində çıxış edən elə şəxslər var ki, onların mülahizələrinin məntiqi sağlam görünmür. Bu səbəbdən onlar da gərək bizim tənqidimizi səbrlə qəbul etsinlər.

Bizi tənqid edirlər ki, xarici ölkə dramaturqlarının əsərlərini tamaşaya qoyuruq, amma guya xarici ölkə teatrları bizim əsərlərimizə müraciət etmirlər. Bu, oxucu auditoriyasının məlumatsızlığına hesablanan kökündən yanlış olan bir mülahizədir. Belə çıxır ki, həmin mülahizənin müəllifi (yaxud da müəllifləri), ya sadə həqiqətlərdən xəbərsizdir, ya da çoxlarına bəlli olan faktları qəsdən dilə gətirmirlər. Çünki bu gün Elçinin, Kamal Abdullanın, Əli Əmirlinin əsərləri ölkəmizin hüdudlarından kənarda tamaşaya qoyulur.

Maraqlananlar üçün deyə bilərəm ki, bu gün müxtəlif teatrlar bizim müəlliflərin əsərlərini məmnuniyyətlə böyük uğurla tamaşaya qoyurlar. M.F.AxundzadəninMüsyö Jordan Dərviş Məstəli şahkomediyası Böyük Britaniyada, Qazaxıstanda, ElçininŞekspirpyesi Böyük Britaniyada, Ukraynada, “Qatilpyesi Rusiyada, Şimali Kiprdə, Əli Əmirlinin pyesləri Tacikistanda, Qazaxıstanda, Rusiyada, Gürcüstanda, Kamal Abdullanın pyesləri Estoniyada, Gürcüstanda, Türkiyədə s. təcəssüm etdirilir. Hazırda Elçinin dramaturgiyası ilə əlaqədar Rumıniyadakı, Yaponiyadakı, Gürcüstandakı həmkarlarımız ciddi maraqlanırlar. Yeri gəlmişkən, ötən mövsümdə Gürcüstanın K.Marcanişvili adına teatrı H.MirələmovunXəcalətpyesinin tamaşasını nümayiş etdirdi. Ə.ƏmirlininVarlı qadınpyesi Ukraynada tamaşaya hazırlanır. Bu siyahını uzatmaq olar, amma əsas məsələ adları qeyd etmək yox, Azərbaycan dramaturgiyasının beynəlxalq mədəni məkana çıxmasıdır ki, bu istiqamətdə biz, davamlı olaraq çalışırıq. Hazırda repertuarımızda müasir dramaturqlardan Elçinin, Hüseynbala Mirələmovun, Əfqanın, Afaq Məsudun, Əli Əmirlinin pyesləri yer alıb.

Odur ki, çağdaş teatr prosesinə yuxarıda qeyd etdiyimiztənqidindüşüncə tərzi ilə yanaşmaq gülüncdür. Bu gün milli teatrımızın, həm özünün yaradıcılıq potensialı təkmilləşdirilməli, həm dünya teatr məkanında yer tutmağa çalışmalıdır. Teatrın tamaşaçı diqqətindən kənar olan daxili problemləri mövcuddur. Belə ki, ayrı-ayrı fərdiyyətlərin yaradıcılıq baxımdan boy artımı, teatrın bir sənət sahəsi olaraq, bədii ifadə imkanlarının inkişafı, yeni səhnəqrafiya kadrlarının yeni rejissor nəslinin, quruluş hissəsi mütəxəssislərinin formalaşdırılması fəaliyyətimizin mühüm istiqamətidir.

Görünür, teatrın əsas meyarı tamaşaçıdır.

Əsasən, belədir. Amma məncə, teatr sənətində ən böyük meyar istedad professionallıqdır. Mübaliğəsiz demək olar ki, teatrın ən böyük bilicisi tamaşaçıdır. Teatrın bir sənət növü olaraq yaşamının gərəkli, yaxud gərəksiz olduğunu tamaşaçı müəyyən edir. Odur ki, cəmiyyət həyatında teatrın tutduğu yer tamaşaçının dəyərləndirilməsindən birbaşa asılıdır. Sənət aləmində teatr asılqandan başlayır ifadəsi tez-tez işlədilir. Mənim fikrimcə, teatr tamaşaçıdan başlayır, çünki tamaşaçısız teatr yaşamaq haqqını itirmiş olur.

Bu da var ki, tamaşaçı auditoriyası müxtəlif insanlardan ibarət olur. Burada teatral tamaşaçı, yəni, müəyyən mənada, hazırlıqlı tamaşaçı da var, ayrı-ayrı fərdi baxışları olanlar da, ilk dəfə teatra gələnlər . Təəssüflə qeyd etməliyik ki, bir xalqın övladları olsaq da, mədəni-estetik dəyərlərdən bəhrələnməmiz eyni səviyyədə deyil. Yəni, istər Füzulini, istər muğam sənətini, istər caz yaxud simfonik musiqini, istərsə təsviri sənət nümunələrini dəyərləndirmək üçün müəyyən elmi, mədəni, estetik hazırlıq tələb olunduğu kimi, teatr sənətini dəyərləndirmək üçün müəyyən hazırlıq gərəkdir. Uzun illər boyu bu fakta əhəmiyyət vermədiyimiz səbəbindən teatr tamaşasına baxmaq ənənəsi dəyərləndirmək mədəniyyəti baxımından itkilər göz qabağındadır. Sadə bir faktı qeyd edim; teatrımızda hər dəfə tamaşa başlamazdan qabaq mobil telefonların söndürülməsi xahiş edilir. Buna baxmayaraq, əksinə sanki bu siqnal kimi qəbul edilir tamaşaçıların böyük bir qismi dərhal mobil telefonları işə salırlar.

Bəs, teatra tamaşaçıların gəlişi vəziyyətdədir?

Mən ziyalı anlayışına münasibət bildirmək istəmirəm, amma bu gün ali savad diplomu, fəxri adı, yaxud elmi dərəcəsi ilə özünü ziyalı hesab edən insanların doxsan faizi teatra gəlmir, di gəl ki, fürsət düşəndə teatr sənəti haqqında fikir söyləməyə tələsirlər. Ölkəmizin iqtisadi gücünün artırması, sahibkarlığın, azad biznes şəraitinin inkişafı ilə əlaqədar cəmiyyətimizdə müxtəlif mövqeyə malik, istər vəzifə, istərsə maddi imkan sahibi olan adamların da tamaşalara gəlişi müşahidə edilmir. Hər halda kassalardan bilet alıb, tamaşaya baxmaq istəyən bu qəbildən olan insanlarımızı teatr salonunda az-az görürük. Halbuki, bizlərdə  bir vaxtlar ailəliklə, qohumlarla, dostlarla kütləvi teatr tamaşalarına baxmaq ənənəsi var idi.

Orta ali təhsil müəssisələrində kütləvi teatr tamaşalarına getmək tədrisin, pedaqoji işin, gənc nəslin tərbiyəsi prosesinin mühüm prinsiplərdən sayılan vaxtlar yaxın tariximizdən olan faktlardır. Yadımdadır ki, sinif rəhbərimiz bizləri bütün siniflə teatr tamaşalarına, muzeylərə aparar, sonradan gördüklərimizi müzakirə edib, təəssüratlarımızı yazmağı tapşırardı.

Çağdaş dövrdə, müstəqil dövlət quruculuğu işində dövlət başçısının yeni nəslin tərbiyəsində Azərbaycançılıq məfkurəsinin formalaşmasını mühüm şərt kimi irəli sürdüyünə baxmayaraq, təhsil müəssisələrində teatr tamaşalarına getməyin təşkili praktikası, demək olar ki, dayandırılıb, həmin müəssisələrdə bilet satışı qadağan edilib.

Başqa bir məsələ, aydındır ki, bölgələrdə yaşayan vətəndaşlarımız, lap elə paytaxtımızın nisbətən kənar ərazilərinin (Xəzər, Sabunçu, Suraxanı, Qaradağ) sakinləri tamaşalarımıza gəlməyə çətinlik çəkirlər. Onların teatr mədəniyyətinin nümunələri ilə yaxından tanış etmək istəyimizə yerlərdəki icra hakimiyyətləri heç bir qarşılıqlı maraq göstərmirlər. Ən yaxşı halda, mərkəzi orqanların tapşırığına müsbət reaksiya verirlər. Bilmək olmur, məgər Azərbaycan teatr mədəniyyətinin təəssübünü yalnız teatrda çalışanlar çəkməlidir? Məgər bu, bütün xalqın, yəni hamımızın əsrlərdən ötüb bu günə gələn milli sərvəti deyil?

Sizin teatr Akademik Teatr statusundadır. Başqa sözlə, şəhərimizin əsas səhnələrindəndir yəni, bunun bir fərqi yoxdur?

Dünyanın mədəni təcrübəsində qəbul olunan prinsiplərə görə, hər bir mədəni şəhərin teatrı olmalıdır. Elə bir teatr ki, ona şəhərin həyatında başlıca mövqe tutmağa imkan verilir. Təəssüf ki, paytaxtımızda fəaliyyət göstərən iki akademik teatrdan biri, dramatik teatrların içərisində əsas səhnə olan Akademik Milli Dram teatrı şəhər rəhbərliyinin diqqətindən kənarda qalıb. Odur ki, teatrımızın şəhərin mədəni həyatında yeri nəzərdən qaçıb. Bakı şəhəri İcra Hakimiyyətinin başçısı burada çalışdığım iki il ərzində bir dəfə olsun bizimlə maraqlanmayıb. Teatrın ətrafındakı binalar axşam çıraqban olduğu halda, bizim binanın qaranlıqda qalması barədə etdiyimiz müraciətlə bağlı şəhər rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi, Avropanın ən kiçik şəhərlərində belə, bu sayaq münasibət yolverilməz sayılardı. Yaxşı tanıdığım Seul, Milan, Almaniya, Kiyev, Belqrad, Moskva, Peterburq, Tallin, İstanbul kimi şəhərlərin rəhbərləri həmin şəhərdəki aparıcı teatrların problemləri ilə yaxından maraqlanır, ən azı, premyeralarında iştirak edirlər. Bu mənəvi dəstək olaraq, kollektivə fərəh gətirir.

Bəs, teatra sponsorların, xeyriyyəçilərin köməyi yoxdur?

Hər halda mənim çalışdığım bu iki il ərzində heç kəs teatra hər hansı şəkildə kömək etməyib. Qəribə səslənsə , deməliyəm ki, sponsorluq xeyriyyəçilik bizim dövrdə təmənnasız olmur. Bəzi hallarda isə bu kimi yardımların özü müəyyən tapşırıqlarla reallaşır. Amma bizim milli tariximizdə mesenatlıq ənənələri olub.

Ölkəmizin XX əsrin əvvəllərini əhatə edən tarixindən bəllidir ki, həmin dövrün hər hansı, istər ictimai, istər mədəni, istərsə maarif işlərinin həllində əsas ağırlıq mesenatların, xeyriyyəçilərin üzərinə düşürdü. Xatirəsini ehtiramla yad etdiyimiz həmin şəxslər bu işləri böyük qeyrət milli təəssübkeşliklə görürdülər. Təəssüflə onu da deyək ki, bu gün mesenatlığın özü yalnız lüğətdə qalıb. “Hər oxuyan Molla Pənah olmazməşhur atalar məsəlini bu günhər imkanlı kəs Hacı  Zeynalabdin ola bilməzkimi söyləməli oluruq.

Bəzi tədbirlərin, yaxud TV-nin verilişlərinin sponsorları olur axı?

Elədir. Amma nəzərə alın ki, pul qazanmağın yolunu tapan adam, onun xərcləməsinin səmərəsini yaxşı bilir. Televerilişlərin sponsorluğuna gəlincə, bu, həmin sponsorun biznesinin reallaşmasına xidmət edir. Teatr, təbii olaraq, tamaşa zamanı kiminsə pərdəsini, mebelini, yaxud içkilərini reklam edə bilmir.

Qələm əhlindən bəzilərinin narazılıqlarının səbəbi nədir?

Əslində, bunu gözləmək olardı. Çünki belə narazılıqlar teatra ustadım Tofiq Kazımovun rəhbərlik etdiyi dövrdə vardı, hətta deyərdim ki, indikindən qat-qat çox idi.

Mən bizlərdə şeir yazmaq istəyənlərin çox olduğunu bilirdim, amma pyes yazmaq həvəsində olanların bu qədər çox olduğundan xəbərsiz idim. Müəyyən ədəbi istedada, dünyagörüşə malik olan bir şəxs şeir yaza bilər, amma bunu, böyük mənada, poeziya nümunəsi hesab etmək çətin məsələdir. Halbuki şeir yazılar, çap edilər, kitab vərəqində öz mövcudluğunu davam etdirər. Onun oxucusu, yaxud sənaye dili ilə desək, istehlakçısı olacaq, ya yox, o qədər önəmli sayılmır. Bu zaman ədəbiyyat kağız sənayesi ilə yanaşı şeirsevərlər itirir.

Dramaturgiya isə, bəlli olduğu kimi, ədəbiyyatın ən mürəkkəb sahəsidir. Onun məhsulu təkcə ədəbiyyatı deyil, həmçinin rejissor aktyor sənətini, bir küll halında, teatr sənətini, teatr elmini zənginləşdirməli, cəmiyyətin ictimai-mədəni mühitinin ovqatını, gənc nəslin ideya-estetik tərbiyəsini formalaşdırmalıdır. Odur ki, hər kəsin ədəbi yaradıcılıqla məşğul olmaq haqqı olduğu kimi, hər teatrın da öz estetik məqsədlərinə müvafiq olan səhnə ədəbiyyatı seçmək hüququ var. bu hüquq hər teatrın Bədii Şurası tərəfindən qorunur tənzimlənir. 

Çağdaş dövrün dramaturgiyasımövzu aktuallığının əsarətindən çıxmaq, yer kürəsinin sakini olan insanın bəşəri düşüncələrindən daha çox onun dünyanı dəyişəcək əməllərinin teatr vasitələri ilə təqdimini önə çəkir. Bu zaman dramaturgiya ədəbi qayğılarla yanaşı, səhnə sənəti qayğılarını da çəkir. Həmin dramaturgiya ədəbi-estetik konstruksiyası etibarilə, mükəmməl olmaqla bərabərsəhnəlik”, “teatrallıqkimi kateqoriyaları başlıca bədii prinsip kimi əsas götürür. Göründüyü kimi, dramaturqluq iddiasında olan kəs ədəbiyyatla bərabər, teatr elminin sirlərinə peşəkar səviyyədə bələd olmalıdır. Əlli yaşlı bəzi yazarlarımızın Akademik Teatrı şitilliklə səhv salaraq, bizimlə işləsinlər, bizi yetişdirsinlər kimi gülünc iddialarına təəssüflənirik.

Yuxarıda qeyd etdiyimiz müəlliflərlə bərabər, necə deyərlər, üfüqdə görünən yeni imzalar da var. Çox deyil, amma var. İndiki mərhələdə dramaturji istedadı ilə seçilən Günel Anarqızı Orxan Fikrətoğlunun yaradıcılığı, onların teatrımız ilə əməkdaşlıq münasibətləri qurması bizi düşündürür. Bundan başqa, gənc dramaturqlar İsmayıl İmanovun, Natella Osmanlının, Şəbnəm Xeyrullanın, Samir Sədaqətoğlunun da teatrımızın səhnəsində dramaturji debütü ilə bağlı perspektivləri nəzərdən keçiririk.

Bu gün mütəxəssislərin qeyd etdiyi kimi, teatrımızın fərqli estetikada görünməyi, əldə etdiyimiz uğurlu nəticələr kollektivin bütün üzvlərinin, o cümlədən, yeniləşməyə can atan, mənim sənət mövqeyimi dəstəkləyən yaradıcı heyətin istedadı zəhməti sayəsində mümkün olub. Amma deməliyəm ki, görəcəyimiz işlər gördüklərimizdən qat-qat çoxdur. Yəni tamaşaçılarımız yaxın zamanlarda neçə-neçə uğurlu tamaşalar, aktyor heyətinin neçə-neçə parlaq səhnə ifaları ilə tanış olacaqlar.

Odur ki, hər hansı təcəssüm məqsədilə seçilən dramaturji material ədəbi-bədii keyfiyyətləri ilə bərabər estetik keyfiyyətlərə malik olmalıdır. Odur ki, pyes seçimi qəbulu mürəkkəb axtarış prosesinin nəticəsidir. Hazırkiı teatr mövsümündə tamaşaçılar çağdaş dramaturgiya nümunələrindən Əli ƏmirlininŞah Qacar”, Kamal AbdullanınHamı səni sevənlər burdadı”, ElçininSənətkarın taleyi s. pyeslərin tamaşalarına baxa biləcək. Klassik dramaturgiyamızdan isə Cəlil MəmmədquluzadəninAnamın kitabı”, Hüseyn CavidinTopal Teymurpyeslərini repertuarımıza daxil etmişik. Həmişə olduğu kimi bu mövsümdə , teatrımız dünya dramaturgiyamıza biganə qalmayıb. Keçən ay epik teatr nəzəriyyəsinin banisi, dramaturq rejissor Bertolt BrextinKuraj ana uşaqlarıpyesi əsasında hazırlanan son işimiz tamaşaçılara təqdim edildi.

Mediada Avropa mədəniyyətinə inteqrasiya barəsində fikirlər söylənilir, buna necə baxırsınız?

Avropa mədəniyyəti ifadəsi səriştəsiz bir kimsənin dilindən çıxan, kökündən yanlış olan bir ifadədir. Çünki Avropa teatr mədəniyyəti adlı anlayış yoxdur. Yəni Almaniyanın, Fransanın, İngiltərənin, İtaliyanın, İspaniyanın digər Avropa ölkələrinin hər birinin digərlərindən fərqlənən teatr mədəniyyəti mövcuddur. Uzun illər ərzindəXarici teatr tarixifənnini tədris edən bir şəxs kimi deməliyəm ki, Avropa qitəsi ölkələrinin hər birinin keçdiyi özünəməxsus tarixi dövrləri mövcud cəmiyyətləri olduğu kimi, burada yaşayan hər xalqın milli təbiətindən, həmçinin siyasi-mədəni inkişafından asılı olaraq, ayrı-ayrı dövrlər ərzində formalaşan mədəniyyəti, o cümlədən, teatr mədəniyyəti mövcuddur. Odur ki, Avropa mədəniyyəti adlı yekcins mədəniyyət yoxdur.

Görkəmli ziyalımız Əli bəy Hüseynzadənin təbirincə desək, biz Avropanın yaratdıqlarından istifadə etməliyik. Amma Avropanın mədəsində həzm olmamalıyıq. Bizim Avropa teatr məkanına inteqrasiya işinə qoşulmağımız kiməsə bənzəmək meylindən yox, həmin məkanda öz milli mədəni varlığımızı, ənənələrimizi məharətimizi bəyan etməkdir. Məramımız dahi hesab etdiyimiz, amma mədəni dünyanın tanımadığı insanlarımızın Nizami, Nəsimi, Füzuli, M.F.Axundzadə, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir Hacıbəyov kimi onlarla böyük zəka sahibinin irsini mədəni dünyaya tanıtmaqdır. Bu, onların halal haqqı, bizim nəslin isə milli şərəf məsələsidir.

Teatrın maddi vəziyyəti necədir?

İlk dəfədir ki, mənə bu sualla müraciət olunur.  Bəllidir ki, əsasən, təsərrüfat hesablı yaradıcılıq müəssisəsi olan teatrın gəliri yalnız biletin satışı ilə bağlıdır. Aydın məsələdir ki, prinsipcə yeni ideya-estetik məqsədləri hədəf götürən teatrı həmin gəlirlə saxlamaq olduqca çətindir. Yəni, maliyyə ehtiyacları sıxıntısı bədii-estetik fəaliyyətə ciddi təsir göstərir.

Belə ki, bir ay ərzində təxminən 12000 manat gəliri olan teatrın vergilərə sair ehtiyaclara xərcləri müvafiq olaraq 30.847 manat təşkil edir. Başqa sözlə, teatr aylarla maddi sıxıntılar içərisində fəaliyyət göstərir.  Halbuki indiki mərhələdə yüksək estetik səviyyəli tamaşaların hazırlığı böyük maliyyə təminatı tələb edir. Yeri gəlmişkən, teatrımızda aktyor heyətinin orta aylıq əmək haqqı 355 manat, texniki heyətin orta aylıq əmək haqqı 262 manatdır. Göründüyü kimi, belə aşağı maaşlarla çalışanlar ailələrinin maddi ehtiyaclarını təmin etmək səbəbi ilə, əlavə yerləri, qazanc mənbələri axtarmağa məcbur olduqlarına görə, onların teatrdakı fəaliyyəti kəsirdə qalır.

Qeyd etmək yerinə düşər ki, vaxtilə ulu öndərimizin sərəncamı ilə Akademik Opera Balet Teatrının əməkdaşlarının aylıq əmək haqları beş dəfə artırılmışdır. Bizim teatrın da Akademik Teatr  olduğunu ulu öndərin teatrımıza xüsusi rəğbət bəslədiyini nəzərə alaraq, burada çalışan əməkdaşların aylıq əmək haqlarının bir neçə dəfə artırılması yaradıcılıq işinin vüsətinin artmasına teatr işçisinin maddi rifahının yüksəlməsinə əhəmiyyətli təsir göstərərdi.

Cəmiyyətin həyatında teatr sənətinin mövqeyini gücləndirmək, onun fəaliyyət dairəsini genişləndirmək, səhnə xadiminin nüfuzunu qaldırmaq üçün kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyiAzərbaycan teatrı 2009-2019-cu illərdəDövlət Proqramında da öz əksini tapıb Mədəniyyət Turizm Nazirliyi tərəfindən həmin tədbirlərin həyata keçirilməsi işi artıq vaxtdır ki, mərhələ-mərhələ uğurla davam etdirilir.

Biz memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqil, demokratik ölkədə yaşayırıq hər birimiz bu ölkənin iqtisadi baxımdan qüdrətli, beynəlxalq aləmdə nüfuzlu olması, cəmiyyətimizin mədəni inkişafı üçün bütün qüvvəmizlə çalışmalıyıq.

Günay  ƏLİYEVA

 





09.12.2012    çap et  çap et