525.Az

Rezidenturaya qəbulun nəticələrini acıqlandı


 

Rezidenturaya qəbulun nəticələrini acıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

525.az-ın xəbərinə görə, Komissiya sədri Məleykə Abbaszadə bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqədə iştirak edən namizədlərdən 514 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Ümumilikdə 514 plan yerinə 492 nəfər qəbul olunub. Onların 432 nəfəri Azərbaycan, 60 nəfəri rus bölməsi üzrə qəbul olub. Qəbul planı 95,72 faiz dolub. Rezidenturaya qəbul aparılan 4 istiqamətdən yalnız biri - tibbi profilaktika istiqaməti üzrə qəbul planı 42,11 faiz dolub. Qalan 3 istiqamət - müalicə işi və pediatriya, stomatologiya və tibbi biologiya üzrə qəbul planı 100 faiz yerinə yetirilib.

S.QARAYEVA

 





14.09.2012    çap et  çap et