525.Az

"Hələ rəqəmsal yayıma keçə bilməyəcəyik”


 

"Hələ rəqəmsal yayıma keçə bilməyəcəyik”<b style="color:red"></b>

“Aztəminatlı ailələr dekoderlərlə təmin olunmayınca, rəqəmsal yayıma keçə bilməyəcəyik”.

Bu barədə Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, az təminatlı ailələr dekoderlə təmin olunmadığı üçün rəqəmsal yayıma keçmək mümkün olmur: “Bu gün bizim üçün əsas faktor az təminatlı ailələrin dekoderlərə təmin edilməsidir. Nə qədər ki, həmin ailələr dekoderlərlə təmin edilməyib, biz düyməyə basmayacağıq. Bu işdə maddi cəhətdən ən çox ziyan çəkən yenə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Çünki onlarda həm analoq, həm də rəqəmsal yayım paralel olaraq gedir. Bizim isə maddi cəhətdən şey itirəcəyimiz bir şey yoxdur. Maliyyə nazirliyi pulu az verir. Ona görə də, bu məsələ gecikir. Nazirlər Kabineti 2013-cü ilə qədər vaxt ayırıb. Hələ qarşıda 20 gün var”

 





11.12.2012    çap et  çap et