525.Az

Malayziyalılar üçün viza rejimi ləğv oluna bilər


 

Malayziyalılar üçün viza rejimi ləğv oluna bilər<b style="color:red"></b>

Azərbaycana gəlmək istəyən malayziyalılar üçün viza rejimi ləğv oluna bilər.

APA-nın məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Datuk Roslan Abdul Rahman yerli “Bernama” agentliyinə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, təkliflə bağlı sənədlər artıq hazırdır və hazırda müzakirə mərhələsindədir.
 
“Azərbaycana səfər etmək istəyən malayziyalılar üçün sərbəst viza rejimi bu ilin sonuna və ya gələn ilin əvvəlinədək tətbiq edilə bilər. Malayziyalılar vizasız 30 gün müddətində Azərbaycanda qala biləcəklər”.

 





04.05.2015    çap et  çap et