525.Az

Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb


 

Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüblər.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub.
 
Prezident İlham Əliyev bu ilin aprelində Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayaraq bu səfərin uğurla keçdiyini və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından səmərəli olduğunu diqqətə çatdırıb.
 
İslam Əməkdaşlıq Təşkilatının baş katibi isə paytaxtımızda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinin, gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan İyad bin Amin Mədəni bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
 
Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 





18.05.2015    çap et  çap et