525.Az

“Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir”


 

“Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir”<b style="color:red"></b> “Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur”.
 
APA-nın məlumatına görə, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub.

“Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir”.
 
Prezident İ.Əliyev bildirib ki, qarşıdan gələn dövrdə Azərbaycan düşünülmüş xarici siyasət kursumuzu davam etdirəcək.

Onun sözlərinə görə, Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaq.
 





22.05.2015    çap et  çap et