525.Az

Prezident ailəvi istirahət mərkəzinin açılışında


 

Prezident ailəvi istirahət mərkəzinin açılışında <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib.
 
Qeyd edilib ki, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir.

Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb.
 
Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da olublar.

 





26.05.2015    çap et  çap et