525.Az

Prezident ATƏT sədrini qəbul edib


 

Prezident ATƏT sədrini qəbul edib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, İ. Daçiçlə son görüşünü məmnunluqla xatırlayan dövlət başçısı onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd edib.
 
İ. Daçiç isə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin prezidentinin iştirak edəcəyini vurğulayıb.

Serbiyanın baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana etdiyi səfərə toxunan İ. Daçiç onun bu səfərdən çox məmnun qaldığını deyib.
 
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

 





01.06.2015    çap et  çap et