525.Az

Misir Mərdanov təbrik etdi


 

Misir Mərdanov təbrik etdi

Təhsil naziri Misir Mərdanov yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib.

525.az-a açıqlamasında Misir Mərdanov bildirib ki, yeni dərs ilinin başlanması və “Bilik günü” hər bir azərbaycanlı, bütövlükdə ölkə ictimaiyyəti üçün bir bayrama çevrilib:

“2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün “Bilik Günü” elan edilib. Mən bütün ölkə ictimaiyyətini, müəllim və şagirdləri «Bilik günü» münasibətilə təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayıram”.

S.QARAYEVA

 





15.09.2012    çap et  çap et