525.Az

Bakıda 4 oğlan oxuduğu məktəbi taladı


 

Bakıda 4 oğlan oxuduğu məktəbi taladı<b style="color:red"></b> Dekabrın 14-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində orta məktəbdən oğurluq etmiş 4 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, N.Mahmudov küçəsində yerləşən 64 saylı orta məktəbdən pəncərədən keçmə yolu ilə 2 ədəd prosessor, monitor və printer oğurlanıb. Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Fərid Abdulmanafov, Elnur Məmmədov, Nicat Quliyev və Orxan Alışov dekabrın 16-da tutulub.
 
Məlumata görə, saxlanılan şəxslər həmin məktəbin şagirdləri olub və bu il həmin məktəbdən məzun olublar.
 





17.12.2012    çap et  çap et