525.Az

Yol qəzasında 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb


 

Yol qəzasında 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb<b style="color:red"></b>

brın 17-dən 18-nə keçən gecə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Qusarçayın üzərindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayonu Həsənqala kənd sakini, 54 yaşlı Malik Mahmudovun idarə etdiyi 99 CZ 286 dövlət nömrə nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edən 10 UK 543 dövlət nömrə nişanlı, “Tofaş” markalı avtomobillə toqquşub.
 
“Tofaş”ın sərnişinlərindən - Xaçmaz rayonu Bostançı kənd sakini, 56 yaşlı Nizam Cabbarov və rayonunun Nərəcan kənd sakini, 31 yaşlı Babək Həsənov ölüb.
 
“Tofaş”da olan digər sərnişinlər - Bostançı kənd sakini, 52 yaşlı Kamran Məmmədov, Xaçmaz rayonu Qusarçay kənd sakini, 55 yaşlı Laçın Mürsəlov və “Mercedes”in sürücüsü Malik Mahmudov ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 
Onların vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

 





18.12.2012    çap et  çap et