525.Az

Elmə dövlət qayğısı olmasa... (Müsahibə)


 

Elmə dövlət qayğısı olmasa... <b style="color:red">(Müsahibə)</b>

Son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasının adı müxtəlif TV kanallarında tez-tez çəkilir. Elm məbədinə müxtəlif yanaşmalar, alimlərin real vəziyyətinə acımalar, AMEA-da çalışan alimlərin orta yaş həddinin yuxarı olması, gənclərin elmə marağının azalması məsələləri ilə bağlı narahatlıqlar hiss olunur. Təbii ki, elmimizin gələcəyi, cəfakeş alimlərimizin taleyi, acınacaqlı sosial durumu ölkənin əsl vətəndaşı olan hər kəsi düşündürməlidir. Bütün bunlara aydınlıq gətirmək üçün AMEA-nın prezidenti, akademik Mahmud Kərimovla görüşdük.

Mahmud müəllim, nələr baş verir?.. Yenədəmi illərdən bəri elmi tədqiqatları ilə aləmə səs salmış elm məbədimizin başı üzərində qara buludlar dolaşır?..

Bilirsiniz, alimin yazı masası arxasındakı yaşantılarını, yuxusuz gecələrinin əziyyətlərini, yaradıcılıq əzablarını duymadan, bu əzabların uğurlu nəticələrindən doğan sevinc duyğularını yaşamadan, alimin bugünkü sosial məişət qayğılarını bilmədən, onun işi, yaşı, yaxud həyat şəraiti haqqında danışmaq, özü tənqidi baxış bucağı altında danışmaq asandır. Müxtəlif yollarla saxta diplom alanlar bilməlidirlər ki, Elmlər Akademiyası həmişə olduğu kimi, bu gün bütün çətinliklərə baxmayaraq var-gücü ilə çalışır, alimlərimiz dünya miqyasında uğurlar qazanır, ölkəmizə başucalığı gətirirlər. Hazırda ayrı-ayrı institutlarda hesabatlar gedir, nailiyyətlər müzakirə olunur, 2013- il yanvar ayının sonunda mühüm nəticələr haqqında ətraflı məlumatlar əldə edəcəyik. Bu gün real vəziyyətlə bağlı onu deyə bilərəm ki, doktoranturaya növbəti qəbul prosesi başa çatıb. Sənədlərini verən alim olmaq istəyən gənclər arasında istənilən səviyyədə rəqabət olub. 200 nəfərdən çox gənc uğurla imtahan verib, sınaqlardan çıxıb. Ümumiyyətlə, nəticələrdən razıyam. Əminəm ki, AMEA-ya ayrılan vakansiyalar üzrə boş yerlər qalmayacaq.

Gənclərin elmə marağının az olması da bu gün cəmiyyətdə dartışma mövzusudur... Gələcəkdə yaxşı alim olacağına potensial imkanı, intellekti olan gənclər AMEA sisteminə niyə gəlmək istəmirlər? Reallıqlar deyir? Yoxsa, tədqiqatçılıq ağrılarını, yuxusuz gecələrin əzablarını yaşamaqmı qorxudur cavanları?

Bu məsələ real problem olaraq qalır müxtəlif səbəblərə söykənir. Əvvəla, aylıq məvacib aşağıdır, elmi işçinin maaşı 130 AZN-dən başlayır. Müasir gənc bu məvaciblə ömrünü elmi araşdırmalara, elmin inkişafına sərf eləmək istəmir. Çünki bu maaşla o, indiki çətin dövrdə necə yaşaya bilər? İkincisi, onun mənzillə, ən adi yaşayış şəraiti ilə təmin olunması lazımdır. Bizdə isə elə alimlər var ki, yaşı 50-60-ı keçib, amma hələ kirayədə yaşayırlar... Buna görə gənclərimiz daha çox özəl firma müəssisələrə, xarici ölkələrə üz tuturlar. Doğrudur, dövlətimiz AMEA-ya qayğı göstərir, az görülməyib. AMEA-nın İnstitutlarının əksəriyyətində əsaslı təmir işləri aparılıb. Şamaxı rəsədxanası yenidən qurulub, elmi kitabxananın, ME-nin yeni binaları tikilir. ASE-nin üç cildi nəşr olunub, xüsusi cildi rus dilinə tərcümə edilib, yaxın günlərdə çap olunaraq oxucuların ixtiyarına veriləcəkdir. Qeyd edim ki, həvəsləndirici vasitələr var. Dövlət Neft Fondu, Elmin İnkişafı Fondu müəyyən qədər vəsait ayırır bu vəsait uğurlu layihələrin gerçəkləşdirilməsinə sərf olunur. Bu il 3 milyon manat vəsait ayrılıb bu vəsait müsabiqələrdə qalib gələn ən uğurlu layihələrin həyata keçirilməsinə sərf olunub. Bu layihələrin icraçıları, müəllifləri içərisində gənclərin sayı çoxdur. Elmin İnkişafı Fondu tərəfindən gənclər üçün müsabiqələr elan olunur, qalib gələn layihələr müəyyən məbləğdə maliyyələşdirilir... Ancaq bu, kifayət eləmir... Çünki dünya elmi durmadan inkişaf edir, yeni-yeni avadanlıqlar icad edilir, geniş spektrli təcrübələr aparmaq üçünsə həmin avadanlıqlar, kimyəvi aktiv maddələr, reaktorlar tələb olunur. Biz bunları ala bilmirik. Bilirsiniz ki, ümumiyyətlə, dünya ölkələri arasında tamamilə varlı ölkələr, super dövlətlər var, inkişaf etmiş ölkələr ... Mən istəyirəm ki, bizim gözəl Vətənimiz-Azərbaycan dünyanın varlı ölkəsi deyil, inkişaf etmiş ölkəsi olsun. İnkişaf etmiş ölkə səviyyəsinə çatmaq üçün isə elmi biliklərə əsaslanan iqtisadiyyatın olması lazımdır. İqtisadiyyatın gələcək inkişafı da, heç şübhəsiz, elmin inkişaf səviyyəsi ilə bağlı olacaqdır. Bunun üçün elm sahəsinə dövlət tərəfindən daha böyük diqqət qayğı gərəkdir. Əgər elmə qoyulan vəsait Ümumdaxili Məhsulun 0,5 faizindən azdırsa, bu zaman elm sosial-mədəni funksiya daşıyır, elmin inkişafına yatırılan vəsait ÜDM-un 0,5-1faizi qədərdirsə, elm bilik funksiyasını daşıyır. Əgər bu vəsait 2 faizdən artıqdırsa, bu halda elm bilavasitə həmin ölkənin iqtisadiyyatının inkişafına, güclənməsinə təsir edir onun ən yüksək səviyyədə inkişafının əsas təkanverici amilinə çevrilir. Maraqlı faktdır ki, Avropa İttifaqı qarşısına məqsəd qoyub ki, 2015-ci ilə qədər elmin inkişafına qoyulan vəsaitin həcmini ÜDM-in 3,5 faizinə çatdırılsın. İsraildə bu göstəricinin 5 faizə, Rusiyada 1 faizə, Türkiyədə isə 1,5 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda isə bütövlükdə elmə qoyulan vəsait ÜDM-un 0,2 faizini təşkil edir. Əvvəldə qeyd etdiyim kimi, gənc alimlərə mənzil verilmir. İş şəraiti ilə yanaşı minimal kommunal, sosial şəraiti təmin olunmur. Nəinki gənclərin, yaşlı alimlərin belə bu gün mənzilə ehtiyacı var. İldə heç olmazsa, bir milyon AZN vəsait ayrılarsa, biz o zaman 10-15 ailəni mənzillə təmin edə bilərik.

Alimləri aylıq məvaciblərin, maaşların artırılması məsələsi bu gün daha çox düşündürən məsələlərdəndir. Siz deyə bilərsiniz, Mahmud müəllim, maaşlar artırılacaqmı?

Açığı, maaşların artırılmasını hər il gözləyirik, nəinki maaşların, elmi dərəcələrin rütbə maaşlarının da bir neçə dəfə artırılmasını gözləyirik. Bir neçə ildir ki, Milli MəclisdəElm haqqında Qanunmüzakirə olunur, ancaq bu vacib qanunun qəbulu hansı səbəblərdənsə gecikir. ƏgərElm haqqında Qanunqəbul olunarsa, alimlərin sosial təminatı məsələləri, həm vəzifə, həm rütbə maaşlarının artırılması, həmçinin digər güzəşt imtiyazların həlli öz axarına düşəcəkdir. Bunu söyləməyə tam haqqım var, çünki alimlərimizin elmi potensialı çox yüksəkdir. Onlardan bəzilərinin elmi məqalələri dünyanın elə reytinqli jurnallarında dərc olunur ki, inanın bu çox böyük uğurdur, məsələnin mahiyyətini anlayanlar üçün... Cəmiyyətimizdə çox az adam bilir ki, dünya elmində Hiqqporonun kəşfi 2012-ci ilin ən böyük kəşflərindən biridir. bu kəşfin müəlliflərindən biri Azərbaycan alimidir, AMEA Fizika İnstitutunun əməkdaşı Öfsət Abdinovdur. Öfsətin bu uğuru hər hansı bir sahədə qazanılan qələbədən az əhəmiyyət daşımır, bəlkə dünya səviyyəsində dəyərləndirilməyə layiq çox-çox üstün bir qələbədir...

Əminliklə deyirəm ki, əgər bizim alimlərimiz elmi nailiyyətlərilə yanaşı, hər gün ailəsinin yeyəcəyi, yaxud geyinəcəyi, övladına toy etmək üçün vəsaiti, evi, yerini hardan necə tapmağı düşünməsə, bunların heç olmasa bir qismini əldə etmək üçün bir yerindən digərinə qaçmasa, onların kəşfləri , uğurları da qat-qat çox olar...

SÖZARDI: Bircə onu deyə bilərəm ki, müxtəlif sahələrdə qazandığımız qələbələr, sözsüz bizə, ölkəmizin bugün imicinin yüksəlməsinə lazımdır. Ancaq elm Azərbaycanımızın sabahına, gələcək inkişafının təmin olunmasına gərəkdir. Dahi Füzuli hətta qəzəli belə elmi əsaslarla yazmağı vacib sayırdı elmsiz şeiri əsası yox divar, əsası olmayan divarı isə bietibarsanırdı. 500 ildən artıqdır ki, Füzuli qəzəlləri yaşayır, dillərdə dolaşır... Elm bizim gələcəyimizdir, ağalar, həm sizə gərəkdir, həm bu millətə... Ölkənin gücü, qüdrəti ilk növbədə onun elminin, iqtisadiyyatının gücü ilə ölçülür...

Esmira FUAD
Filologiya üzrə Fəlsəfə doktoru

 





18.12.2012    çap et  çap et