525.Az

"Oyunlar zamanı kiberhücumların 70-80%-nin qarşısı ölkəmizə daxil olmadan alınıb"


 

"Oyunlar zamanı kiberhücumların 70-80%-nin qarşısı ölkəmizə daxil olmadan alınıb"<b style="color:red"></b>

"Telekommunikasiya işləri çərçivəsində qarşıya qoyulan məqsəd Azərbaycan saytlarının, I Avropa Oyunlarına aid olan informasiya və internet resurslarının kiberhücumlardan qorunması idi".

"APA-Economics" xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
 
Ə. Abbasovun sözlərinə görə, təhlükəsizlik məsələsi müxtəlif təhlükəsizlik strukturları, həmçinin xarici partnyorlarla birlikdə çox yaxşı təşkil olunub, 2-3 səviyyədə müdafiə sistemləri qurulub.

"Bunların nəticəsi idi ki, böyük bir tədbirin elektron bazasında ciddi bir kiberhücumlar olmadı. Qeydə alınan kiberhücumların qarşısı vaxtında, yerindəcə alınıb. Onların demək olar ki, 70-80%-i ölkəmizə daxil olmadan bizim xarici partnyorlarımızla birlikdə apardığımız işlər nəticəsində dəf olunub", - deyə nazir bildirib.
 
Nazir həmçinin ekspertlərin kiberhücumların qorunma sisteminə çox yüksək qiymət verdiyini də bildirib.
 
O, bu təcrübədən bundan sonra keçirilən tədbirlərdə də istifadə olunacağını qeyd edib.

 





30.06.2015    çap et  çap et