525.Az

"I Avropa Oyunları RYTN-nin əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"


 

"I Avropa Oyunları RYTN-nin əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi"<b style="color:red"></b>

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova məktub göndərib.
 
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, məktubda deyilir:

"Artıq ilk uğurlu Avropa Oyunlarının yekunlaşdığı bir mərhələdə biz bir komanda olaraq hansı nailiyyətlər əldə etməyimizdən məmnunluq duymalıyıq.
 
Bildiyiniz kimi, minlərlə azərbaycanlı, dünya ölkələrindən gələn insanlar, minlərlə könüllülər Azərbaycanın və Avropanın tarixini yazdılar.

“Bakı 2015” ilk Avropa Oyunlarının möhtəşəm uğurlarında əlbəttə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının da böyük əməyi və dəstəyi vardır, onlar bu möhtəşəm tarixin yazılmasında fəal iştirak etmişlər. İlk Avropa Oyunları Sizin şəxsi dəstəyiniz və nazirliyin əməkdaşlarının töhfəsi olmadan öz məqsədlərinə çata bilməzdi.
 
Bu gün  Sizi gördüyüm üçün çox məmnunam və Sizə mənə hədiyyə etdiyiniz  fəxri diploma görə minnətdarlığımı bildirirəm. Həmin bu hədiyyə mənə Sizin və nazirliyinizin BEGOC-a Avropa Oyunlarının uğurla təşkil olunmasında əvəzsiz dəstəyini daim xatırladacaqdır.

Sizə gələcək işlərinizdə uğurlar diləyirəm, Sizə şəxsi dəstəyinizə və dostluğunuza görə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki,  gələcəkdə bizim yollarımız yenidən kəsişəcək".

 





02.07.2015    çap et  çap et