525.Az

“İctimai rəyə təsir baxımından qəzetlərin indi də özünəməxsus rolu var”


 

“İctimai rəyə təsir baxımından qəzetlərin indi də özünəməxsus rolu var” <b style="color:red"></b>

ZÖHRƏ ƏLİYEVA: “Elektron informasiya vasitələri artdıqca, qəzetlərə bir qədər az önəm verilir,

BUNUNLA BELƏ, BİZ YENƏ MƏTBUATLA ƏMƏKDAŞLIĞA CİDDİ DİQQƏT AYIRIRIQ

 

Müsahibimiz Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyevadır.

 

Zöhrə xanım, Mədəniyyət Turizm Nazirliyində mətbuat katibi kimi vaxtdan fəaliyyət göstərirsiniz?

 

Demək olar ki, Mədəniyyət Turizm Nazirliyi təsis olunan gündən mən bu vəzifəni icra edirəm. Bildiyiniz kimi mən 2004-2005-ci illərdəLiderteleviziyasında çalışmışam. Ondan da əvvəl, 1985- ci ildən 2002-ci ilə qədər əvvəl Azərbaycan Dövlət Radiosunda, sonra isə televiziyasında çalışmışam. Radioda çalışdığım dövrdə, həm televiziyada veriliş aparırdım.1994- ildə isə tamamilə televiziyaya keçdim. Uzun müddət Azərbaycan TeleviziyasındaƏdəbi dram verilişləribaş redaksiyasının incəsənət şöbəsində fəaliyyət göstərdim, eyni zamanda daSəhərverilişini aparırdım. “Liderteleviziyasında çalışdığım 2004-2005- ci illərdə mədəniyyət turizm nazirliyinə dəvət aldım. O vaxt hələ nazir Polad Bülbüloğlu idi. Biz Polad Bülbüloğlu ilə cəmi bir il işlədik. 2006- ildə isə Mədəniyyət Turizm Nazirliyi yarandı. Polad Bülbüloğlu sonuncu Mədəniyyət naziri oldu, Əbülfəs Qarayev isə ilk Mədəniyyət Turizm naziri. Rəhbərlik dəyişildikdən sonra kollektiv yeniləndi, təqaüdə getməli olan əməkdaşlar təqaüdə göndərildi, gənc kadrlar gəldi. Ancaq belə məsləhət görüldü ki, mən qalıb nazirlikdə fəaliyyətimi davam etdirim. Əbülfəs Qarayevi hələ Dövlət Televiziyasında işlədiyim zamanlardan tanıdığım üçün çox böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Bu il yanvar ayında artıq 7 il tamam olacaq ki, nazirliyin mətbuat katibi kimi fəaliyyət göstərirəm.

 

Bir mətbuat katibi kimi sizin işinizin əsas prinsipləri nədən ibarətdir?

 

Mədəniyyət Turizm Nazirliyi mahiyyət məzmun etibarı ilə cəmiyyət üçün açıq bir dövlət qurumudur. Ümumiyyətlə Mədəniyyət Turizm Nazirliyinin maraqlı tərəfi, onu səciyyələndirən xüsusiyyəti odur ki, cəmiyyət daima mədəniyyətlə sıx maraqlanır. Ona görə həm nazirliyin, həm nazirin gördüyü işlər, fəaliyyəti cəmiyyət üçün bağlı qalması mümkün deyil. Mətbuat katibinin əsas vəzifəsi rəhbərlik ilə cəmiyyət arasında bir növ körpü yaratmaqdır. Mədəniyyət Turizm Nazirliyi insanların həyatı, mədəniyyəti, dünyagörüşü ilə bağlı, həm maarifləndirici, həm əyləndirici, eyni zamanda da Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna, mədəni-siyasi durumuna təsir edən bir dövlət qurumudur. Məlum məsələdir ki, dünyada bütün xalqlar ilk olaraq öz mədəniyyətləri ilə tanınırlar. Azərbaycan mədəniyyəti bütün dünya mədəniyyətinə təsir edən, onun içərisində xüsusi bir yer tutan bir mədəniyyətdir. Bilirsiniz ki, bizim Beynəlxalq şöbəmiz var biz təkcə daxili deyil, həm beynəlxalq fəaliyyətlə məşğuluq. Bunu həyata keçirilən beynəlxalq tədbirlər təsdiq edir.

 

Azərbaycanın birinci xanımı, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mədəniyyət sahəsində görülən bütün işlərdə bizə dəstək olur demək olar ki bütün mədəni işləri bərabər həyata keçiririk. Hər dəfə mədəni aləmdə bu cür hadisələr baş verəndə bütün dünya ölkələrinin diqqətini cəlb edirik. Biz öz mədəniyyətimizə aid olan faktları təsdiq etdikcə, hətta deyərdim ki, özümüzə qarşı müqavimətlər görürük. Onsuz da Azərbaycanın siyasi vəziyyəti elədir ki, onun apardığı bütün özünütəsdiq mübarizələri müəyyən qurumlar tərəfindən təzyiqlə qarşılanır. Bizim işimizin əsas prinsiplərindən biri Azərbaycan mədəni həyatında baş verən bütün işlər, fəaliyyətlər haqqında media nümayəndələrinə dolğun məlumatlar ötürməkdir.

 

Mətbuatla əlaqələri necə qurursunuz. Məlum məsələdir ki, Mədəniyyət Turizm Nazirliyi yalnız mədəniyyətlə bağlı bir qurum deyil. Hər iki sahəni özündə birləşdirən bir qurumda mətbuat katibi işləmək çətin deyil ki ?

 

Ümumiyyətlə, Mədəniyyət Turizm Nazirliyinin mədəniyyətdən yazan jurnalistlərlə sıx əlaqələri var. Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət tərəfi ilə turizm tərəfi bir-birindən ayrı mövcud olmadığı üçün, həm mədəniyyət sahəsi, həm turizm sahəsi Azərbaycanı beynəlxalq aləmdə təsdiq edən, onun nüfuzunun sivil səviyyəsini qoruyan bir dövlət qurumdur insanların həyatının müəyyən bir hissəsi bu sahələrlə sıx bağlıdır. Ona görə bizim nazirlik çox fəal öndə gedən bir dövlət qurumudur. Bir mətbuat katibi olaraq mən bu istiqamətlərdən çıxış edərək, media nümayəndələri ilə münasibətlərimizi qurmağa çalışıram. Ümumiyyətlə mənim üçün bu əlaqələri yaratmaq heç çətin deyil. Çünki mən özüm jurnalistika aləmindən gəlmişəm. Həm Dövlət Televiziyasında, həm Liderteleviziyasında birlikdə çalışdığım insanlardan hazırda başqa media qurumlarında çalışanları var. Bu da mənim işimi xeyli asanlaşdırır. Ümumiyyətlə piar işi, həm şəxsi əlaqələr deməkdir. Özünüz bilirsiniz ki, müasir dünyada istənilən işi yüksək səviyyədə təbliğ etməlisən ki, həm daxildən, həm xaricdən ona diqqət yönəlsin. Burda zahiri görünüşdən tutmuş, gözəl danışıq, yazı tərzinə qədər hər şeyin çox böyük əhəmiyyəti var. İldən-ilə Azərbaycan mətbuatına gənc jurnalistlər gəlir. Mətbuat katibliyində çalışmaq mənə o üstünlüyü verir ki,  müasir dövrdə mediaya gələn gənc jurnalistləri tanımağa başlayıram onlarla mütəmadi ünsiyyətdə oluram. Əlbəttə daima çalışıram ki, mən onlarla səmimi münasibət yaradım. Bizə zəng edən jurnalistlərlə son dərəcə mülayim danışmağa çalışıram. Məlum məsələdir ki, indi elektron informasiya vasitələrinin sayı çoxalıb çox səmərəli, sürətli fəaliyyət göstərirlər. Əvvəllər biz onlara elektron poçtla məktublar göndərirdik, onları cəlb etməyə çalışırdıq, indi isə nazirliyin öz saytı fəaliyyət göstərir. Bununla da biz media nümayəndələrinin işini xeyli asanlaşdırmış oluruq.

 

Zöhrə xanım, informasiyanın tez ötürülməsi baxımından indi əksər qurumlar elektron media ilə əlaqəyə daha çox üstünlük verir. Siz necə, daha çox elektron media ilə işləməyə üstünlük verirsiniz, yoxsa yazılı mətbuatla?

 

Yeni, elektron informasiya vasitələri meydana gəldikcə istər-istəməz köhnə üsullardan imtina edilir, mətbuata, qəzetlərə bir qədər az önəm verilir. Bununla belə biz yenə mətbuatla əməkdaşlığa ciddi diqqət ayırırıq. Çünki qəzetlərin ictimai rəyə təsir baxımından indi özünəməxsus rolu var. Amma hər halda,  saytlar, portallar yarandıqca, informasiyanı sürətlə ötürən üsullarımız daha çox olunca jurnalistlər bizimlə əlaqə yaratmağa daha çox maraqlı olurlar. İndi əksər agentliklər çox effektli fəaliyyət göstərirlər. İnformasiyanı vaxtında ötürürlər, buna görə dövrünə uyğun olaraq elektron mətbuat bir addım öndədir.

 

Çox vaxt media nümayəndələri təşkilat dövlət qurumlarının mətbuat xidmətindən narazılıq edirlər. Xüsusilə telefonların götürülməməsi, jurnalistlərin suallarına cavab verilməməsi bu narazılıqların əsas səbəblərindən biri kimi göstərilir. Sizinlə belə problemlər yaşanırmı?

Ümumiyyətlə, hazırda mədəniyyətlə bağlı elə bir mətbuat nümayəndəsi tapılmaz ki, Zöhrə Əliyevanın əl telefonunun nömrəsini bilməsin. İnanın bəzən səhər saat 8 olmamış telefonuma zəng gəlir. Elecə nazirliyin şəhər telefonları. Həmkarım İntiqam Hümbətovla bərabər hər zaman bacardığımız qədər çalışırıq ki, media nümayəndələrinin suallarını cavablandıraq, onlara lazım olan məlumatları ötürək. Demək olar ki, əməkdaşlıq etdiyimiz jurnalistlərin adlarını əzbər bilirəm. Çalışıram, onlara qarşı son dərəcə diqqətli olum. Bəzən görürsən hansısa jurnalist tədbirə gəlib, amma kefi yoxdur. Bəzən bir kəlimə xoş söz adama yaxşı təsir edə bilər. Zatən bütün insanlar belədir. Mən şəxsən özüm uzun müddət mədəniyyət sahəsində fəaliyyət göstərməyimə baxmayaraq, Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə heç vaxt müraciət etməmişəm. Mədəniyyət Turizm Nazirliyi yaranandan sonra biz çalışdıq, jurnalistlərlə münasibətlərimiz maksimum dərəcədə səmimi işgüzar olsun. Buna qədər nail ola bildiyimizi isə siz jurnalistlər deyə bilər. Respublikanın aparıcı qəzetlərində dərc olunan monitorinqlərdə bizə bircə şey irad tutulub, o da nazirliyin saytında mətbuat xidmətinin telefon nömrəsinin yazılmaması... Bu da düzələn məsələdir. Saytımız yenilənir biz çalışırıq ki, çatışmazlıqları aradan qaldıraq.

KİV nümayəndələri ilə aranızda anlaşılmazlıqlar olurmu bunu necə aradan qaldırırsınız?

Təbii ki, bütün sahələrdə bu cür problemlər olur. Necə deyərlərGəzən ayağa daş dəyər”. Siz özünüz nazirliyə qədər zəng daxil olduğunun şahidi oldunuz. Amma jurnalistlər bunu bilib, anlamalıdır ki, hər hansısa bir qurumun mətbuat katibi onlara dərs verməyə məcbur deyil. Bəzi jurnalistlər saytımızı açıb oxumaq əvəzinə o sualı mütləq telefonda soruşmağı tərcih edir. Deyirəm, zəhmət olmasa, sayta baxın. Cavab verir ki, hansı sayta. Hər kəs peşəkar adamla çalışmaq istər. Əgər mədəniyyətdən yazan jurnalist Mədəniyyət Turizm Nazirliyinə zəng vurursa özünü buna hazırlamalıdır, nazirliklə, mədəniyyətlə bağlı müəyyən bilgiyə sahib olmalıdır. O cümlədən gəldiyi tədbirin, verdiyi informasiyanın mahiyyətini dərk etməlidir. Elə suallar var ki, onun cavabını hər bir jurnalist öz həmkarlarından, yoldaşlarından çox asanlıqla öyrənə bilər. Ancaq yenə biz əlimizdən gəldiyi qədər çalışırıq ki, heç bir jurnalist bizdən narazı qalmasın.

Sizcə, media ilə uğurlu əməkdaşlıq yaratmaq üçün mətbuat katibi hansı keyfiyyətlərə malik olmalıdır?

Ümumiyyətlə, məncə, mətbuat katibi jurnalistlərə qarşı hər zaman açıq olmalıdır, səmimiyyət ən böyük faktordur. Hər işdə olduğu kimi. Mətbuat katibinin əsas keyfiyyətlərindən biri işlədiyi quruma aid bütün bilgilərə sahib olmasıdır. Onun intellektual səviyyəsi, özünün danışıb yazmaq, insanlarla ünsiyyət yaratmaq bacarığı olmalıdır. Bəzən gənc jurnalistlərin təcrübəsizliyini bundan çəkindiklərini hiss edirəm. Amma görəndə ki, həmin jurnalist öyrənmək istəyir, öz üzərində çalışır hər zaman gənc həmkarlarıma dəstək olmağa cəhd edirəm. Üstəlik mən təbiət etibarı ilə qapalı insan deyiləm. Yəni ekstarvert adamam. Hər bir insanın şəxsi problemləri olur, o cümlədən mənim , amma bu o demək deyil ki, mən bunu işimə yansıtmalıyam, bu mənim qəbul etmədiyim bir məsələdir. Nadir hallarda mən jurnalistlərlə sərt danışaram, o da həddindən artıq qeyri- peşəkarlıqla qarşılaşanda.

Əməkdaşlıq etdiyiniz mədəniyyət müxbirlərinin işlərindən razısınızmı?

Həyatda heç bir şey kamil deyil. Çalışdığın sahəyə, gördüyün işə sevgi ilə yanaşmaq vacib məsələdir. Həyatımızda bizi əhatə edən hər bir şey vacibdir hər bir işi sevgi ilə görmək lazımdır. Ümumiyyətlə mədəniyyət sahəsi çox çətin sahədir. Bəzi insanlar asan yolla getməyə çalışır. Ona görə çox asan sahə kimi  hamı mədəniyyət sahəsinə üz tutur. Mədəniyyətdən yazmaq üçün zəngin mütaliə, geniş təfəkkür, yaxşı intellektual səviyyə vacibdir. Nəinki milli mədəniyyəti bilmək, həm dünya mədəniyyəti haqqında geniş bilgilərə sahib olmaq lazımdır. Həm milli, həm dünya ədəbiyyatını bilmək lazımdır. Çünki jurnalisitin yazdığı bir cümlədə artıq onun səviyyəsi ortaya çıxır. Artıq kifayət qədər peşəkar təcrübəm olsa da, mən jurnalistlərdən çox şeylər öyrənirəm, çünki onlar cəmiyyətdirlər, amma mən informasiyanın içərisində olmaqla bərabər, həm qapalı bir qurumun içərisindəyəm. Məlumatı təkcə biz jurnalistlərə ötürmürük, həm onlar bizə məlumat ötürürlər. Jurnalistlər daima informasiya axtarışında olduğu üçün hansısa xarici saytlarda bizim haqqımızda, ya da maraqlı mədəni məlumatları bəzən bizdən daha tez oxuyurlar. Bizdən əvvəl artıq onu cəmiyyətin diqqətinə çatdırırlar. Bu iki tərəfli münasibətin olması çox gözəl bir şeydir. Mənə elə gəlir ki, bu sahədə kifayət qədər təcrübəsi olan jurnalistlər işləməlidir. Amma bizim sahədə çalışan jurnalistlərin çoxundan razıyam, bəzən iradlarımı anlayışla qarşılayırlar. Çalışdığımız mədəniyyət müxbirlərinin gün-gündən səviyyəsinin necə yüksəldiyinin şahidi oluruq. Bu da çox gözəl bir hadisədir. Heç kim anadan intellektual, təcrübəli doğulmur. Əsas olan çalışmaqdır, öyrənməkdir. Hörmətli nazirimiz Əbülfəs Qarayev jurnalistlərə böyük  hörmətlə yanaşır mediaya açıq adamdır. Ümumiyyətlə dövlət qulluqçuları ilə jurnalistlər arasında körpü olmaq, hər iki tərəfin mövqeyini müdafiə ifadə etmək,tərəflərin  bir- biri ilə ünsiyyət yaratmasını təşkil etmək çox çətin məsuliyyətlidir. Kiməsə yuxarıdan aşağı baxmaq mədəni adama yaraşan xüsusiyyət deyil. Hər kəsin işinə hörmət etsən bunu qarşı tərəfə hiss etdirsən, o zaman uğur səninlədir.

Zöhrə xanım, bilirik ki, uzun müddət televiziya radioda çalışmısınız. Sizin çalışdığınız illərlə müqayisədə yeni yaranmış televiziyalar mətbuat sahəsi arasındakı mənfi müsbət cəhətlər nədir?

Bu əslində çox çətin sualdır. O mənada çətindir ki, mətbuat katibi olaraq bütün televiziya kanalları yazılı media ilə əməkdaşlıq edirik çalışırıq ki, heç kim inciməsin. Mən ilk dəfə Azərbaycan radiosunda çalışmışam çalışdığım 8 ilin həyatımda çox əhəmiyyətli rolu olub. 1985-ci ildən çox məsuliyyətli bir şöbədə çalışdım. O şöbədə ki, orda məndən əvvəl Mövlud Süleymanlı, Mailə Muradxanlı, Gülbəniz Hüseynova, Rafiq Səməndər, Vaqif Əlixanlı, Məmməd Oruc, İntiqam Mehdizadə, Ağalar Mirzə, Şəfəq Əlixanlı, Əliheydər Qasımov başqa indi adları ədəbiyyatda məşhur olan istedadlı adamlar, imzası bütün peşəkar Azərbaycan jurnalistikasına məlum olan adamlar çalışıb. Mən onların bir qismi ilə bərabər işlədim. Onlardan çox şey öyrəndim o müddət ərzində, amma onlar da məni bir jurnalist, bir yazı adamı kimi çox asanlıqla qəbul etdilər. Bu mənim üçün çox böyük bir fəxrdir. Çünki onlardan müsbət rəy almaq asan məsələ deyildi. Mənim əsas ixtisasım jurnalistika deyil,  filologiyadır. İndi artıq həm filologiya üzrə fəlsəfə doktoruyam. O vaxt çalışdığım həmin şöbəyə Azərbaycan mədəniyyətində- ədəbiyyatında incəsənətində var olan çox sanballı insanlar gəlib-gedirdilər bir müddət sonra mən özüm onların yazılarını radio üçün redaktə etməyə başladım. Bu çox çətin məsuliyyətli məqamdır. hətta bu sözləri indi deyərkən belə mən həyəcanlanıram. Mən ədəbiyyatçı ailəsində böyümüşəm. Uzun müddət bədii jurnalistikada çalışmışam, daha sonraLiderAxşam çağıproqramımız bağlanandan sonra mədəniyyət redaktoru kimi işlədim, amma orda da mənim xüsusi yerim var idi. Buna görə mənLiderteleviziyasının rəhbərliyinə olduqca minnətdaram. Hər kəsə bacarığına görə qiymət vermək özü bir bacarıqdır. Radioda işləməzdən əvvəl bir neçə müddət yerli mətbuatda da jurnalist kimi fəaliyyət göstərmişəm. Şamaxıda dərc olunanYeni Şirvanqəzetində təyinatla müxbir işləyirdim. Müqayisəyə gəlincə. Mən Azərbaycan Televiziyasında klassik təmiz Azərbaycan dilində bədii informasiya ötürməyi öyrəndim. Amma cəmiyyət inkişaf edir. Bizim gözəl alimlərimizdən olan Muxtar Qiyaslı (onunla uzun müddət Azərbaycan Dillər Universitetində bir kafedrada çalışmışıq) həmişə deyirdi ki, yeni jurnalistika Azərbaycan dilinə çox böyük zənginlik, yeni məzmun gətirib. Özəl televiziyaların,  çoxsaylı qəzetlərin yaranmasının, yeni jurnalistikanın meydana gəlməsinin cəmiyyətə həm mənfi, həm müsbət təsiri oldu. Çünki yazı tərzində, dilimizdə həm müsbət, həm mənfi tendensiyalar formalaşmağa başladı. Azərbaycan Televiziyasının özünün yeni televiziyalara nisbətən  mühafizəkar qaydaları var idi, elə indi qalıb o qaydalar. Amma bəzi hallarda mühafizəkar olmağın da yeri var. Bu günün çox peşəkar jurnalistləri məhz orda yetişib. Nəinki redaktorlar, aparıcılar, həm operatorlar, texniki işçilər... Ümumiyyətlə düşünürəm ki, yetkin jurnalist olmaq üçün həm Azərbaycan Televiziyasında, həm özəl kanallarda çalışmağın çox müsbət tərəfləri var. Sonradan Azərbaycan Televiziyasına gəlirsənsə, sən orda yeni jurnalistikanın məqamlarını tətbiq edə bilirsən, yaxud özəl kanallarda işləyirsənsə, orda da klassik təcrübəni tətbiq edirsən. Bu çox gözəl bir cəhətdir, təbir caizsə, toplanan təcrübənin inteqrasiyası da demək olar buna. Müqayisə edəndə hər iki məktəbin birbirinə təsir edən xüsusiyyətləri var. Əlbəttə ki, sonradan yaranan tərəf daha çox öyrənilməlidir.

Zöhrə xanım Mədəniyyət Turzim Nazirliyi mədəni həyatımıza hansı töhfələri verdi bu il?

Bizim fəaliyyət istiqamətlərimiz bilirsiniz ki, müxtəlifdir. İncəsənət, musiqi, kino, teatr sairə sahələrdə bu il hər il olduğu kimi bir çox islahatlar həyata keçirildi nailiyyətlər qazanıldı. Bu il Qəbələ Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Fikrət Əmirovun yubileyi çərçivəsində festivallar keçirildi. Bundan başqa hər ilin sonunda olduğu kimi Rastropoviç festivalı oldu. Bu il ölkəmizə xarici  orkestrlər, məşhur dirijorlar artistlər gəldi. Bir çox beynəlxalq tədbirlər keçirildi. Bunun özü həm turizmin inkişafına dəstəkdir. Çünki bura gələn qonaqlar burdan öz ölkələrinə təəssürat aparırlar. Beynəlxalq teatr festivalına artıq neçənci dəfədir ki, dünya teatr xadimlərini, tənqidçilərini dəvət edirik. Bu il Kan festivalında iştirak etdik. Düşünürəm ki, hələ gənc ölkəyik bu illər ərzində çox şeyə nail olmuşuq. Luvrda Şərq incəsənəti zalı açılıb. Biz həmişə şikayət edirdik ki, Azərbaycan xalçaları orda başqa adlarla tanıdılır.Artıq Azərbaycan xalçalarının öz adı ilə tanınması təmin olunacaq. Aşıq sənəti YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, dünyanın heç bir yerində belə sənət sənətkarlar yoxdur. Aşıq sənətinə marağın artması üçün təntənəli bir Aşıq festivalı keçirildi. Bölgələrin inkişafı üçün biz “2010-2014- illər Xalq Yaradıcılığı Paytaxtlarılayihəsini həyata keçiririk. Bu layihənin regionların həyatına necə təsir etdiyinin siz canlı şahidisiniz.  Bundan başqa Azərbaycan kitabını bütün dünyada təbliğ edirik. Turizm sərgilərində, bütün kitab fuarlarında iştirak edirik. Sonuncu dəfə biz Frankfurtda kitab yarmarkasında olduq. Mən bütün getdiyim ölkələrdə insanların əlində kitab, qəzet, jurnal görürəm.Frankfurt kitab sərgisində şahidi oldum ki, Avropada insanlar, xüsusilə gənclər, çox kitab oxuyur.  Bu şəhərə çox romantik bir görkəm verir. Bütün səfərlərimizdə, beynəlxalq tədbirlərimizdə çalışırıq ki, növbə ilə həm dövlət qurumlarını, həm özəl televiziyaların komandalarını tədbirlərə aparaq ki, bu hadisələr mədəniyyət tariximizin yaddaşında qalsın.

Peşəkar jurnalist kimi gənc jurnalistlərə tövsiyələriniz nədir?

Bilirsiniz, təbii ki, öz işini yaxşı bilən ağıllı adamla söhbət etmək, görmək daha asandır. Hərçənd ki, cəmiyətdə bəzən ağıllı adamlardan qorxurlar. Amma bu ayrı söhbətin mövzusudur. Mən ilk növbədə bu sahədə çalışan hər kəsə peşəkarlıq, ətrafdakı hadisələrdən xəbərdar anlayışlı olmağı arzu edirəm. Həm həyatın, həm jurnalistikanın yazılmış yazılmamış qanunları var. Yazılmış qanunları öyrənmək asandır, oxuyarsan, öyrənərsən. Yeri gəlmişkən, bu məsələdə hər iki tərəfə daha diqqətli olmağı arzu edirəm, çünki bir çox fəsadlar elə bu qanunları bilməmək üzündən baş verir. Hər iki tərəfin hüquqları olduğu kimi, vəzifələri var. Yazılmamış qanunlara gəlincə isə, onları həyat öyrədir. Bu məsələdə səbrli olmaq şərtdir.

Günel MUSA

 

 





21.12.2012    çap et  çap et