525.Az

Hamlet Qoca: “Mən bu ömrü boşuna yaşamamışam...”


 

Hamlet Qoca: “Mən bu ömrü boşuna yaşamamışam...” <b style="color:red"></b>

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ, SOVET REJİMİNDƏN QURTULUB AZAD YAŞAMASINI ÖMRÜMÜN ÖTƏN 70 İLİNİN ƏN BÖYÜK SEVİNCİ BİLİRƏM

 

 

Tanınmış tərcüməçi Hamlet Qocanın bugünlərdə 70 yaşı tamam olur. Bu münasibətlə söhbətləşdiyimiz yubilyar öz ömür yolundan, məşğul olduğu tərcümə sahəsinə gəlişindən, nailiyyət çətinliklərindən söz açdı.

 

Hamlet Qoca 1942-ci il dekabrın 22- Ağdaşda dünyaya gəlib. Hələ orta məktəbdə oxuduğu illərdən fransız dilinin öyrənilməsinə xüsusi maraq göstərib, sonralar Xarici Dillər İnstitutunun fransız dili şöbəsini bitirib. Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışan Hamlet Qoca 1966-68-ci illərdə Mali Respublikasında tərcüməçi işləyib. Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, 1970-80-ci illərdə Azərbaycanın Asiya Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi, Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri, Azərbaycan Televiziya Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışıb. Sonralar Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi, AzərTAc-da fransız bölməsinin rəhbəri kimi çalışıb. Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə xidmətlərinə görə, Fransanın yüksəkİncəsənət ədəbiyyat komandoruordeninə layiq görülüb. Azərbaycan- Fransa tarixi mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin hazırladığı kitabların fransızca mətninin redaktəsini həyata keçirib.

 

Tələbəlik illərindən tərcümə ilə məşğul olmağa başlayan H.Qoca Azərbaycan dilinə ümumilikdə 14 tərcümə kitabı, o cümlədən Gi de Mopassanın hekayələrini, Jorj SimenonunMalular ailəsiromanını, Fransuaza SaqanınSalam, kədər”, Ann FlippinBir göz qırpımı”, Nikol VillelmanınSamba Kinaro”, Andre MoruanınFəslin çiçəkləri”, ÜmmülbanununQafqaz günləri başqa əsərləri tərcümə edib.

 

Yüksək peşəkarlıq səviyyəsi ilə seçilən tərcüməçiliklə yanaşı müxtəlif illərdə Hamlet Qocanın müəllifi olduğuTam-tamlar ölkəsində”, “Afrikada gördüklərim”, “Üç Afrika səfəri”, “Fransızlar yurdum haqqında digər kitabları da işıq üzü görüb.

 

Məşhur mütərcim tərcümə sahəsinə marağından gəlişindən danşırkən dedi: “Mənim bir ömürlük mütaliəmin böyük hissəsi fransız ədəbiyyatının payına düşür. Hələ fransız dilini yaxşı öyrənməyə başladığım tələbəlik illərində əlimə düşən bütün fransız kitablarını oxuyurdum. Tələbəlik illərindən sonra AfrikadaMali Respublikasında tərcüməçi işlədiyim illərdə, yaşadığım şəhərlərdə fransızlardan qalan kitabxanalardakı kitabların əksəriyyətinin yararlı-yararsızlığına baxmadan gecə-gündüz oxuyurdum. Bəzilərinin mövzusunu tez unutsam da, arasında sosial mövzulu, yadda qalan əsərlər vardı. Sonralar Əlcəzairdə işlədiyim müddətdə kitabları müəllifləri seçmək imkanım vardı. Saatlarla bukinist dükanlarında vaxt itirir, kitabları ancaq reklamlı üzlüklərə görə deyil, mövzu müəlliflərə görə seçmək imkanı qazanırdım. Məhz ona görə 1982-ci ildə Əlcəzairdən gəmi ilə Azərbaycana qayıdanda gömrük işçiləri yükümün böyük hissəsinin fransız dilində kitablardan ibarət olduğunu görüb çox təəccüblənmişdilər. Yalnız Sovet Yazıçıları Birliyinin üzvlük vəsiqəsini təqdim etdikdən, kitablar haqqında sorğu-sualdan, bədii tərcümə ilə məşğul olduğumu dedikdən kinayəli baxışlardan sonra gömrük işçilərinin əlindən qurtarıb həmin kitabları gətirə bildim. Fransız ədəbiyyatı haqqında bildiklərimi azərbaycanlı oxuculara, ədəbiyyat həvəskarlarına çatdırmaq fikri elə həmin dövrlərdə başlayıb”.

 

Yubilyarla söhbətimiz zamanı H. Qoca sovetlər dönəmi ilə müasir dövrdə tərcüməçilik fəaliyyətində böyük fərqlər olduğunu qeyd edib. Mütərcimin fikrincə, sovetlər dövründə həm orijinaldan tərcümədə senzura amili vardı, həm kitab dövlət planına salınmasa, çapı müşkül məsələ idi: “Sovet dövründə orijinaldan hansısa əsəri oxuyurdum, elə xoşuma gəlirdi, mətndən elə ləzzət alırdım ki, istəyirdim, dilimizə tərcümə edim, başqa həmvətənlərim həmin zövqü hiss etsinlər. Amma gərək mütləq əvvəlcədən tərcümə olunan kitabı dövlət planına salınmasına nail olaydın. Üstəlik orijinaldan tərcüməyə bir qədər şübhəylə yanaşırdılar, gərək rus dilinə tərcümə olunmuş əsəri çevirəydin. Gi de Mopassanın əsərlərini tərcümə etmişdim, amma plana salınmamışdı deyə, illərlə onun çapını gözləməli oldum. Amma indi, müstəqillik dövründə vəziyyət başqadır. Tərcümə sahəsində , çap məsələlərində sərbəstlik mövcuddur. Amma bu dövrün özünəməxsus problemləri var, çox zaman tərcüməçi öz kitabını özü çap etdirmək, satmaq, oxucuya çatdırmaq məcburiyyətində qalır. Xarici ölkələrdə bu problem çoxdan həll olunub. Nəşriyyatlar tərcüməni , satış işini özləri həyata keçirirlər”.

 

H.Qoca hazırki dövrdə keyfiyyətsiz tərcümə nümunələrinin yayılması fikrinə münasibət bildirdi: “Mən tərcümədə təcrübəsizliyi , uğursuzluğu da bir qədər normal qəbul edirəm. Çünki uğurlu tərcümələr təcrübə ilə birbaşa bağlıdır. Əlbəttə ki, bu gün tanınmış mütəxəssislər özləri vaxtsa çətinliklə başlayıblar, ilk vaxtlar uğursuzluqları da olub. Tərcümədə peşəkarlıq zamana bağlıdır, amma həmişə yox. Əgər mütərcimin bədii təfəkkürü, mütaliəsi, dünyagörüşü zəifdirsə, heç onillər keçsə, uğurlu əsərlər ortaya qoya bilməyəcək. İstedad, əlbəttə ki, vacib amildir. Amma istedadı da zamanla mütaliə ilə, təcrübə ilə cilalamaq, inkişaf etdirmək lazımdır”.

 

Yubilyarİndiyə qədər tərcümə etdiyiniz fransız müəlliflərindən daha çox kimi ruhunuza yaxın hiss etmisiniz, yaradıcılığını daha artıq bəyənmisinizsualını belə cavablandırdı: “Fransız ədəbiyyatının zəngin tarixi haqqında hamının az-çox məlumatı var. Müasir fransız ədəbiyyatı özünün keçmiş sirayətedici ənənələrinə sadiq qalaraq bütün qitələrdə oxucuların qəlbinə yol tapa bilib. Mənim ən çox sevdiyim fransız yazıçısı isə Viktor Hüqodur. Onun yaradıcılığına, şəxsiyyətinə böyük hörmətim var”.

 

Sonda tərcüməçi keçdiyi 70 illik ömür yoluna nəzər salanda bir məqamı xüsusilə vurğuladı: “Azərbaycanın müstəqilliyini, sovet rejiminin pəncəsindən qurtulub azad yaşamasını ömrümün bu ötən 70 ilinin ən böyük sevinci bilirəm. Vətənimlə qürur duyuram. Tərcümə sahəsində indiyə qədər dövr imkandan asılı olaraq bacardığım kimi fəaliyyət göstərmişəm. Düşünürəm ki, mən bu ömrü boşuna yaşamamışam, fəaliyyət sahəmə uyğun olaraq mən Azərbaycanın xalqımızın inkişafı naminə mümkün qədər faydalı işlər görməyə çalışmışam”.

 

Sevinc MÜRVƏTQIZI
 





19.12.2012    çap et  çap et