525.Az

Prezident AZAL-ı tənqid etdi


 

Prezident AZAL-ı tənqid etdi<b style="color:red"></b> “AZAL yüksək xidmət göstərir, mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Axı başqa ölkələrə nisbətən  kerosin ucuz qiymətə verilir, niyə aviabiletlər bahadır?”
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
 
Prezident bildirib ki,  AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: “Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır, aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. O halda başqa ölkələrə nisbətən aviabiletlərin qiyməti nə üçün baha olmalıdır?”
 
Prezident Maliyyə və Sənaye və İqtisadiyyat nazirliklərinə bu məsələ ilə məşğul olub, digər ölkələrlə müqayisə aparmağı tapşırıb: “Burada tənzimləmə mexanizmi olmalıdır, hər şey şəffaf olmalı və qiymətlər qaldırılmamalıdır ”.
 





14.07.2015    çap et  çap et