525.Az

Azərbaycanda müəllim müəllimi baltalayıb


 

Azərbaycanda müəllim müəllimi baltalayıb<b style="color:red"></b>

Azərbaycanın Ağcabədi rayonunda baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.

Ağcabədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Boyat kənd sakini, 1949-cu il təvəllüdlü Nizami Araz oğlu Əliyevin yıxılaraq ölmədiyi müəyyənləşib. Belə ki, həyata keçirilən tədbirlər nəticəsində N. Əliyevin müəllim yoldaşı Əli İbrahimov tərəfindən baltalanaraq öldürüldüyü məlum olub.
 
Prokurorluqdan bildirilib ki, N. Əliyevlə Ə. İbrahimov eyni məktəbdə çalışıblar. Ötən gün onlar arasında su üstündə mübahisə düşüb. Bu gün səhər saatlarında Ə. İbrahimov N. Əliyevi yaşadığı evdən apararaq qətlə yetirib. Hadisəni törədən Ə. İbrahimov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, səhər saatlarında yayılan ilkin məlumatda N. Əliyevin dirəkdən yıxıldığı və aldığı xəsarətdən xəstəxanada öldüyü bildirilirdi.

 





19.12.2012    çap et  çap et