525.Az

Vəzifəli şəxsə 6 il iş kəsilib


 

Vəzifəli şəxsə 6 il iş kəsilib<b style="color:red"></b> Göyçay rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevə hökm oxunub.

APA-nın məlumatına görə dekabrın 19-da Göyçay rayon Məhkəməsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunan Loğman Əliyevin məhkəmə prosesi keçirilib. Hakim Fərhad Əfəndiyevin sədrliyi keçən prosesdə bu ilin yayında Göyçay şəhəri Atatürk küçəsində vətəndaş Nəzakət Süleymanovaya qarşı fiziki təzyiq göstərərək ona müxtəlif bədən xəsarətləri yetirən Loğman Əliyevə hökm oxunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib və Gəncə şəhərindəki Cəzaçəkmə Müəssisəsinə göndərilib.

Məhkəmə prosesi zamanı məlumat verilib ki, bir müddət öncə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqini rüşvət almaqda ittiham edən Loğman Əliyevin bu məlumatı təsdiqini tapmadığı üçün onun barəsində CM-in 296-cı (cinayət olması barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi açılmışdı və ona 5 il şərti cəza verilmişdi.

Bundan əlavə, ötən həftə Göyçay rayonunda zibil poliqonu ilə bağlı çəkiliş aparan ANS televiziyasının bölgə müxbiri Günel İsayeva və operator Rəşad Rəşidova qarşı fiziki təzyiq göstərərək onları təhqir edən və videokameranı əllərindən alaraq sındıran Loğman Əliyev barəsində Göyçay Rayon Prokurorluğu tərəfindən CM-in 163.2 (jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. 

Qeyd edək ki, Loğman Əliyev bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb.
 





19.12.2012    çap et  çap et