525.Az

Masallıda “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrılıb


 

Masallıda “ASAN xidmət” mərkəzinin tikilməsi üçün 7 milyon manat ayrılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən regionlarda əhaliyə göstərilən xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Prezidentin ehtiyat fondundan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” mərkəzinin tikilməsi üçün ilkin olaraq 7  milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





16.07.2015    çap et  çap et