525.Az

Azərbaycanda faciəvi qəza: 3 yaşlı körpə öldü


 

Azərbaycanda faciəvi qəza: 3 yaşlı körpə öldü<b style="color:red"></b> Dekabrın 19-da Bərdə rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
 
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini 1948-ci il təvəllüdlü Zeynalov Valeh Musa oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil yoldan çıxaraq aşıb. Məlumata görə, yolun sürüşkən olması nəticəsində avtomobil idarəetmədən çıxıb və ağaca çırpılaraq aşıb. Zərbənin gücündən sürücünün nəvəsi, 2009-cu il təvəllüdlü Zeynalov Valeh Taleh oğlu hadisə yerindəcə keçinib. Azyaşlı zərbənin gücündən maşının şüşəsinə çırpılıb.
 
Sürücü və digər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
 
Faktla əlaqədar cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib
 





20.12.2012    çap et  çap et