525.Az

Bir gündə 10 nəfər dəm qazından və dərmandan zəhərlənib


 

Bir gündə 10 nəfər dəm qazından və dərmandan zəhərlənib<b style="color:red"></b> Azərbaycanda 10 nəfər dəm qazından və dərmandan zəhərlənib.

525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 20-də Sumqayıt şəhər sakini Firuzə Həsənova, Abşeron rayon sakinləri Fərid Orucov, Aynur Cəfərova və qohumu Aybəniz Cəfərova, Nigar Fərhadova, oğlu 6 yaşlı Nahid və qızı 1 yaşlı Tahirə, Qurban Əbdüləzimov və qohumu Araz Əbdüləzimov, Kəpəz rayon sakini Fərhad Nəsirov evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
 





20.12.2012    çap et  çap et