525.Az

Moskva polisi metroda qətl törədən Bakı sakinini həbs edib


 

Moskva polisi metroda qətl törədən Bakı sakinini həbs edib<b style="color:red"></b>

Dünən Moskva şəhər polisi “Prospekt Mira” metro stansiyasında qətl törətməkdə şübhəli bilinən Bakı sakinini saxlayıb.

APA-nın “Rosbalt” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı Elvin Abdullayev münaqişə zəmində öz həmyaşıdı Oleq Şuqurovun baş və döş nahiyəsinə 4 bıçaq zərbəsi endirib. Həmin şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib. Hadisə yerindən qaçmaq istəyən E.Abdullayev polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 





20.12.2012    çap et  çap et