525.Az

Doktorantura və dissertanturaya qəbulda yeni mərhələ


 

Doktorantura və dissertanturaya qəbulda yeni mərhələ Bu gündən etibarən Təhsil Nazirliyi sistemi üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu başlayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, doktoranturaya qəbul elanı sentyabrın 17-də verilib və oktyabrın 16-dək sənədlərin qəbulu aparılacaq. Doktoranturaya və dissertanturaya qəbul imtahanları isə oktyabrın 22-dən noyabrın 21-dək həyata keçiriləcək. Elmlər doktoru proqramı üzrə doktoranturaya 85 yer ayrılıb. Onlardan 82 yer büdcə hesabına, 3 yer isə ödənişlidir. Dissertanturaya elmlər doktoru proqramı üzrə ayrılan yerlərin sayı 89-dur. Onlardan 80 yer büdcə hesabına, 9 yer isə ödənişli əsaslarladır.

Bu il Təhsil Nazirliyi sistemində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayrılıb. Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına ayrılan yerlərin sayı 288, ödənişli əsaslarla olan yerlərin sayı isə 89-dur.
S.QARAYEVA
 





17.09.2012    çap et  çap et