525.Az

İlham Əliyev İsrail səfirini qəbul edib


 

İlham Əliyev İsrail səfirini qəbul edib<b style="color:red"></b>

Prezident İlham Əliyev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, R. Harpazın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
 
Səfir prezident İlham Əliyevə minnətdarlığını bildirib, qeyd edib ki, Azərbaycanla bağlı xoş xatirələr onun qəlbində daim yaşayacaq.
 
Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 





24.07.2015    çap et  çap et