525.Az

BMT-nin 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı sərəncam


 

BMT-nin 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı sərəncam<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.
 
Sərəncama əsasən, Forumun keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
 
Təşkilat Komitəsinin sədri
 
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
 
Təşkilat Komitəsinin üzvləri
 
Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 
Əli Şəfiyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini
 
İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
 
İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
 
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
 
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
 
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 
Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
 
Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
 
Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
 
Gündüz İsmayılov – Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
 
Sədaqət Qəhrəmanova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
 
Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
 
Fərhad Tağızadə – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Samir Nuriyev – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
 
Əfqan Şahmarov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi
 
Arif Məmmədov – "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti
 
Adil Kərimli – Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini
 
Vasif Eyvazzadə – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi

 





24.07.2015    çap et  çap et