525.Az

Şirincə kəndi "Qiyamət"in saatını dəyişdi


 

Şirincə kəndi "Qiyamət"in saatını dəyişdi<b style="color:red"></b> «Bir qədər əvvəl, sabah müştərilərinə «qiyamət şamı» verəcək «Artemis» restoraınının səlahiyyətli nümayəndəsi jurnalistlərə qiyamətin qopma vaxtını açıqladı.
 
Və…məlum oldu ki, qiyamət sabah Bakı vaxtı ilə saat 15:11-də qopacaq. Bunu lent.az-ın Şirincədə olan əməkdaşı Səbuhi Məmmədli deyib.
 
Onun dediyinə görə, bu xəbər kənddə əməlli ajiotaj yaradıb. Jurnalistlərin «Bəs sabahkı qiyamət şamı necə olacaq» sualına restoran sahibləri cavab verə bilməyiblər.
 
Xatırladaq ki, adı gedən «Artemis» restoranı «Qiyamət günü» ilə bağlı xüsusi törən hazırlayıb və müştərilərinə müxtəlif qiyamət təamları təklif edir. Şam yeməyi sabah axşam səkkiz saatlarından başlamalıdır. Restoranda bütün yerlər tutulub.
 
Bir qədər əvvəl isə kəndə daha 4 ambulans, habelə avtobusla 30 yaxın həkim və tibb bacısı gətirildi.  Təxminən 2 saat öncə isə Şirincəyə ilk tanınmış şəxs, sənətçi Onur Akın  gələrək pansionatların birinə yerləşdi. Sənətçi media nümayəndələri ilə görüşmədi.

Yerli icra nümayənlədiyindən onu da bildirdilər ki, mərhum Turqut Özalın xanımı Səmra Özalın Şirincədə olması yanlış xəbərdir.

Xatırladaq ki, bir qədər əvvəl, Azərbaycan KİV-də də "qiyamət"in guya saat 11-də qopacağı xəbəri yayılmışdı.
 
P.S. «Bəşəriyyətə deyəsən iki saat da yaşama haqqı verildi».Bunu isə «Şou TV»dən olan tanınmış jurnalist və teleaparıcı, hazırda Şirincədə olan Sabah Tümər dedi. Və hamının gülüşünə səbəb oldu.
Xatırladaq ki, kəndə jurnalist axını hələ də davam edir
 





20.12.2012    çap et  çap et